Məhkəmə qərarları › İş №8(021)-758/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-758/2023

04.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-758/2023 04.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi Məhkəmə iclas katibi Hüseynli Nicat Sayad oğlunun katibliyi, İcra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sadiq Həsənov təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu məxsus “Mercedes Benz 190” minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhəkəməsinin 2(021)-1245/2011 saylı, 14 iyul 2011-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 4429.65 manat və 10 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bərdə Rayon Məhəkəməsinin 2(021)- 1245/2011 saylı, 14 iyul 2011-ci il tarixli icra sənədinin icrası zamanı qeyd olunan icra vərəqəsi üzrə borclu “Mercedes Benz 190” minik markalı ** BS *** qeydiyyat nişanlı avtomobili olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, borclu, tələbkar və Bərdə Rayon İcra və probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Borclu cəmi 4429.65 manat və 10 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx"ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə Borclu borcunun 4429.65 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, Borclu məxsus olan “Mercedes Benz 190” minik markalı ** BS *** qeydiyyat nişanlı avtomobilinə üzərinə həbs qoyulmalı və cərimə meydançasına yerləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363-364, 367-368-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə Rayon Məhəkəməsinin 2(021)-1245/2011 saylı, 14 iyul 2011-ci il tarixli icra sənədi üzrə Borclu məxsus olan “Mercedes Benz 190” minik markalı ** BS *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun cə avtomobil cərimə meydançasına yerləşdirilsin. Qərardadın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə və Azərbaycan Respublikası Baş X1 İdarəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar