Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-761/2023 28.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, X1 icra sənədinin yenidən icraya yönəldilməsinə dair ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1870/2020 saylı icra sənədinin icraatının təzələnməsi və Bərdə rayon İcra və Probasiya Şöbəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Hazırki iddia ərizəsi isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, ərizəçi Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1870/2020 saylı icra sənədinin Bərdə rayon İcra və Probasiya Şöbəsinə qaytarılmasını xahiş etsədə, ərizəsinə başqa yəni Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1870/2020 saylı icra sənədinin icraatına xitam verilməsi haqqında Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarını əlavə etmiş, ərizəsində qeyd etdiyi həmin icra sənədinin məhkəməyə qaytarılması barədə icra məmuru tərəfindən qəbul edilmiş qərarın surətini isə ərizəsinə əlavə etməmişdir. Belə ki, ərizəçinin əlavə etdiyi xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi barədə icra məmurunun qərarında icra tələbi olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Şöbəsinin 07 fevral 2000-ci il tarixli, JN 034 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə X7 mülkiyyətində olan Bərdə rayonu, Vəliuşaqlı kəndində yerləşən 2,25 ha torpaq sahəsindən 0,75 ha hissəsinə X11 və digər şəxslər tərəfindən alqı-satqısına və digər qaydada özgəninkiləşdirilməsinə qadağa qoyulması qeyd edilmiş, lakin ərizəyə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(021)-1870/2020 saylı qətnaməsinin nəticə (qət etdi) hissəsinə əsasən iddiaçı X3 cavabdeh X8 qarşı “əqdin bağlanmış hesab edilməsi, pulun geri qaytarılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh X6 10600 (on min altı yüz) manat pulun alınaraq iddiaçı X4 ödənilməsi, cavabdeh X6 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1870/2020 saylı qərardadı ilə qəbul edilmiş iddianın təmin etmə tədbirinin qətnamə qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Göründüyü kimi ərizəyə əlavə edilmiş icra məmurunun qərarında iddianı təmin etmə tədbirinə dair xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilməsindən bəhs edilir ki, bu da hələ əsas qətnamə üzrə icra sənədinin icrasına xitam verilməsi anlamına gəlmir. Ərizəçi icra sənədinin icraya yönəldilməsini tələb edirsə, ərizəsinə məhz Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-1870/2020 saylı icra sənədinin icraasına xitam verilməsinə dair icra məmurunun qərarını əlavə etməli idi. Lakin, həmin qərar ərizəyə əlavə edilmədiyindən hazırki ərizə iş materialları ilə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. MPM-in 150.0.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Beləliklə, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, X1 icra icra sənədinin Bərdə rayon İcra və Probasiya Şöbəsinə qaytarılması barədə ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 icra sənədinin Bərdə rayon İcra və Probasiya Şöbəsinə qaytarılması barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-761/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-761/2023
28.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver