Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-8/2024 08.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi , Borclu iştirakı ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-2811/20211 saylı icra sənədi üzrə əmlak üzərinə həbs qoyulması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-2811/2021 saylı icra sənədi üzrə Borclu məxsus olan Bərdə rayonu Güloğlular kəndində 0.0540 ha torpaq sahəsində yerləşən 3 otaqlı ümumi sahəsi 277.10 kv.m olan fərdi yaşayış evi üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-2811/2021 saylı icra sənədi üzrə borclu cavabdeh Borclu və qeyrilərindən cəmi 11072 manat pul iddiaçı Accessbank QSC–nin xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildiriş borclulara göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Elektron icra sistemindən çıxarış zamanı Borclu məxsus olan Bərdə rayonu Güloğlular kəndində 0.0540 ha torpaq sahəsində yerləşən 3 otaqlı ümumi sahəsi 277.10 kv.m olan fərdi yaşayış evi olduğu aşkar olunmuşdur. Hazırda borclunun əmlakının üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Borclu məhkəmə iclasında bildirdi ki, maddi imkanı olmadığına görə borcundan hər ay 200 manat ödəyə bilir, borcun hissə-hissə ödəniməsi isə tələbkarı qane etmir. Buna görə də məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkar, borclular və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)- 2811/2021 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin olunaraq, cavabdehlər Borclu və X5 müştərək qaydada 9023,08 manat əsas borcun, 1978,93 manat faiz borcunun, 40 manat cərimə borcunun olmaqla, ümumilikdə 11042,01 manat kredit borcun alınaraq və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması qət edilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, borclulara tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, borclulara borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş elektron çıxarışdan görünür ki, Borclu mülkiyyətində Bərdə rayonu Güloğlular kəndində 0.0540 ha torpaq sahəsində yerləşən 3 otaqlı ümumi sahəsi 277.10 kv.m olan fərdi yaşayış evi aşkar olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi Həmin Qanunun 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)- 2811/2021 saylı icra sənədi üzrə Borclu məxsus olan Bərdə rayonu Güloğlular kəndində 0.0540 ha torpaq sahəsində yerləşən 3 otaqlı ümumi sahəsi 277.10 kv.m olan fərdi yaşayış evinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin olunsun. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-2811/2021 saylı icra sənədi üzrə Borclu məxsus olan Bərdə rayonu Güloğlular kəndində 0.0540 ha torpaq sahəsində yerləşən 3 otaqlı ümumi sahəsi 277.10 kv.m olan fərdi yaşayış evinin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-8/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-8/2024
08.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver