Məhkəmə qərarları › İş №8(021)-84/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-84/2024

06.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-84/2024 06.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X6 iclas katibliyi , X1 iştirakı ilə, X1 Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-897/2022 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-897/2022 saylı icra sənədinin geri qaytarılması barədə 21 dekabr 2023-cü il tarixli qərarın ləğv olunması və icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə icra sənədi ilə birlikdə icra edilməsi üçün Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru M. Ələkbərova həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə onunla telefon zəngi vasitəsi ilə əlaqə yaratdıqda icra sənədinin icrası ilə bağlı artıq bütün hazırlıq işlərinin görülmüş olduğu və növbəti gün onunla əlaqə saxlayaraq icra hərəkətləri barəsində məlumat verəcəyini bildirsə də bunu etməmişdir. 14 iyul 2023-cü il tarixdə əşyalarını götürmək üçün Ağdaşdan Bərdə rayonu Mollalı kəndinə getdikdə icra məmuru M. Ələkbərov borclunun tələbkarın əşyalarını qaytarmaq niyyəti olmadığını, borclunun və ailə üzvlərinin ona münasibətdə aqressiv durumu olmaqlarını gördüyü halda icra hərəkəti zamanı icra sənədində qeyd edilən əşyaların borclunun evindən götürərək tələbkara təhvil vermək əvəzinə onu borclunun həyətində qoyaraq çıxıb getmişdir. Bunun nəticəsində isə ona 300 manat maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixdə icra məmuru M. Ələkbərov onun nümayəndəsinə zəng edərək, borclunun öhdəsindən gələ bilmədiyini bildirərək, tələbkarı hələlik borclunun verməyə razı olduğu " xırda-xuruş" əşyaları götürməyə razı salmağa, borclu barədə mütləq tədbir görəcəyini bildirərək ondan şikayət etməməsini xahiş etmişdir.22 avqust 2023-cü il tarixədək İcra məmuru M. Ələkbərov icra hərəkətləri barədə tələbkara heç bir məlumat vermədiyindən qeyd olunan gün onun nümayəndəsi Bərdə rayon İcra və probasiya şöbəsində icra işi ilə tanış olmuş və onda məlum olmuşdur ki; Bərdə rayon Məhkəməsinin 2(021)-897/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru M. Ələkbərovun icraatına daxil olmuşdur. İcra sənədinin geri qaytarılması haqqında qərar həqiqəti əks etdirmir. Öz əmlakını borcludan geri almaqdan imtina etməmişdir. Buna görə də icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində bildiriş göndərilməsinə baxmayaraq tələbkar gəlmiş, borclu və Bərdə rayon İcra və Probasiya Şöbəsinin məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X2 tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-897/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh X4 "Kuruqlu" mebel: yataq dəsti, spalni sandığı, 2 kamotlu paltar şkafı, termo, 1 ədəd televizor pastafkası, 1 ədəd tirmo stolu, qonaq desti, 2 eded qab şkafı, 1 ədəd kamod, 1 ədəd 8 nəfərlik stol, 8 ədəd stul, 2 ədəd demir stul, 1eded künc divan, 6 ədəd divan yastığı, 1 ədəd jurnal stolu, cəmi qiyməti 3000 manat, 1 eded Sandıq, qiyməti 100 manat, 2 pəncərəlik kapsella pərdə 2 tül 4 qolluq, cəmi qiyməti 800 manat, iki pəncərəlik günəşlik və sadə tül pərdə cəmi qiyməti 90 manat, 4 dest mitil, spalni dəsti, 1 dəst yorğan döşək, 4 döşəkcə, 1 yastıq, 11 ədəd stol döşəkcəsi, 6 ədəd balış, cəmi qiyməti 600 manat, 1 ədəd türk spalni yorğanı qiyməti 80 manat, 3 ədəd tək adamlıq türk yorğanı cəmi qiyməti, 150 manat, 2 ədəd iki üzlü türk adyalı cəmi qiyməti, 120 manat, 1 ədəd spalnı örtüyü gəlincik, qiyməti 150 manat, 1 ədəd türk spalnı örtüyü, yorğanlı, qalaksi firması, qiyməti 250 manat, 2 ədəd yun adyal, cəmi qiyməti 40 manat, 1 ədəd yay yorğanı, qiyməti 20 manat, 10 dəst spalni pastel: 5 dəst 2 adamlıq, 5 dəst tək adamlıq cəmi qiyməti 300 manat, 6 ədəd stol üzlüyü keçirmə, cəmi qiyməti 30 manat, 2 ədəd skatert, cəmi qiyməti 100 manat, 2 ədəd 5 metrəlik stolüstü klyonka, cəmi qiyməti 40 manat, 14 ədəd əl dəsmalı, cəmi qiyməti 80 manat, 3 ədəd hamam dəsmalı, cəmi qiyməti 40 manat, 12 ədəd çay dəsmalı, cəmi qiyməti 13 manat, 1ədəd 12 lampalıq lüstur, qiyməti 100 manat, 2 ədəd naçnik, cəmi qiyməti 60 manat, 1 ədəd 8 kq-lıq "Milano"paltar yuyan maşın (kapron), qiyməti 150 manat, 1 ədəd 109 diaqonallıq "Hisense"plazma televizoru, qiyməti 550 manat, 1ədəd tozsoran "elif", qiyməti 150 manat, 1ədəd ütü "Skanny", qiyməti 80 manat, 1ədəd ütü "Sonny" qiymət 20 manat, 1 ədəd ət çəkən masin "quiks" 300v, qiyməti 100 manat, 12 ədəd böyük 12 ədəd kiçik kasa, cəmi qiyməti 30 manat, 1 ədəd boşqab-qaşıq qabı, qiymət 6 manat, 2 ədəd böyük, 20 ədəd kiçik keks qabı, cəmi qiyməti 10 manat, 2 paçka qabda 24 ədəd spilka, cəmi qiyməti 8 manat, 1 ədəd tyorka, 2 ədəd qoz qıran, 1 ədəd qənd qayçısı, 1 ədəd sarımsaq əzən, cəmi qiyməti 10 manat, 1 ədəd kǝfkir, 1 ədəd kotlet çevirən, 1 ədəd çömçə, 1ədəd yemək qaşığı, 2 ədəd bulud qaşığı, cəmi qiyməti 11 manat, 6 ədəd xörək qaşığı, 6 ədəd çay qaşığı, 6 ədəd vilka, 6 ədəd tort vilkası, cəmi qiyməti 45 manat, 30 ədəd xörək qaşığı, cəmi qiyməti 14 manat, 12 ədəd vilka, cəmi qiyməti 6 manat, 24 ədəd çay qaşığı 4 qutu, cəmi qiyməti 30 manat, 2 paçka çay qaşığı, (hərəsində 12 ədəd) cəmi qiyməti 4 manat, 1 ədəd tort bıçağı dəsti qiyməti 4 manat, 3 ədəd podnis, cami qiyməti 12 manat, 1 ədəd kapron lǝyǝn, qiyməti 6 manat, 3 ədəd nikel lǝyǝn, cəmi qiyməti 36 manat, 1 ədəd nikel süzgəc, qiyməti 12 manat, 1 ədəd çugun, 1 ədəd aliminium qazan, cəmi qiyməti 22 manat, 1 ədəd "Tefal" tava, qiyməti 6 manat, 3 ədəd kapron qavlama, cəmi qiyməti 7 manat, 1 ədəd tərəvəz doğrayan, taxda dəsti, qiyməti 3 manat, 3 ədəd böyük bıçaq, 3 ədəd kiçik bıçaq, cəmi qiyməti 7 manat, ədəd çörək qabı, kapron, qiyməti 3 manat, 2 ədəd 3 mərtəbəli, 1 ədəd 2 mərtəbəli vaza, cəmi qiyməti 38 manat, 1 karopka - 6 ədəd bəzək ləpə qabı, cəmi qiyməti 22 manat, 1 karopka çaşka, 2 ədəd qanddan, 1 ədəd üçmərtəbəli vaz, 1 çaynik, 6 kasa (dǝst), cəmi qiyməti 40 manat, 2 ədəd çaydan(1 nikel 1 tuj), cəmi qiyməti 40 manat, 1 ədəd çaynik saxsı, qiyməti 7 manat, 1 karopka 6 ədəd çaşka, qiyməti 25 manat, 2 ədəd balaca qǝnd qabı, cəmi qiyməti 3 manat, 1 ədəd 2 nəfərlik çaşka, qiyməti 8 manat, 2 ədəd xrustal çaşka, cəmi qiyməti 4 manat, 1 ədəd xrustal külqabı,8 ədəd prastoy külqabı, cəmi qiyməti 35 manat, 1 ədəd şəkilli kuruşka, qiyməti 6 manat, 1 ədəd divar saatı, qiyməti 25 manat, 1 ədəd toy lampası, qiyməti 20 manat, 1 ədəd suvenir at, qiyməti 16 manat, 1 ədəd suvenir çərçivə (Quran), qiyməti 35 manat, 3 ədəd xalça (1 böyük, 2 kiçik),cəmi qiyməti 400 manat, 2 aded balıq formalı şirniyyat qabı, qiyməti 8 manat, stolüstú 6 mərtəbəli vaz, qiyməti 70 manat, çay dəsti "Tefal" qiyməti 40 manat, 2 qutu ləpə vazı 12 ədəd, cəmi qiyməti 8 manat,4 ədəd konfet qabı, 1 ədəd 3 mərtəbəli vaz, 2 ədəd duz qabı, 2 ədəd salfetka qabı, cəmi qiyməti 30 manat, 1 ədəd ütü stolu, qiyməti 45 manat,6 ədəd prastoy razetka, cemi qiyməti 3 manat, 1 ədəd prostoy konfet vazı, qiyməti 5 manat, bəzək üçün 2 vaz, güldan, cəmi qiyməti 90 manat, 6 ədəd armudu stəkan və 6 ədəd bakal, cəmi qiyməti 30 manat, 1ədəd qrafinka 6 ədəd bakal, cəmi qiyməti 40 manat, 2 ədəd gül qabı, 2 ədəd konfet vazı, 2 ədəd meyvə vazı, cəmi qiməti 120 manat, 6 ədəd sok rumkası, 6 ədəd araq rumkası, cəmi qiyməti 15 manat, 6 ədəd sok rumkası, cəmi qiyməti 12 manat, 2 ədəd konfet vazı, cəmi qiyməti 20 manat, 2 ədəd konfet qanddanı, cəmi qiyməti 20manat, 2 ədəd ləpə vazı, cəmi qiyməti 10 manat, 1 karopka 6 ədəd armudu stəkan dəsti, cəmi qiyməti 18 manat, 1 karopka şüşə çaşka dəsti, qiyməti 20 manat, 2 ədəd konfet qabı, lotka, cəmi qiyməti 20 manat, 4 ədəd 2 böyük, 2 kiçik mürəbbə qabı, cəmi qiyməti 20 manat, 2 ədəd xrustal mürəbbə vazı, cəmi qiyməti 30 manat, 2 ədəd konfet qabı, cəmi qiyməti 15 manat, 6 ədəd qırmızı bakal, cəmi qiyməti 10 manat, 1 ədəd ağ rəngli şüşə qrafinka, 6 ədəd bakal (göy), cəmi qiymət 10 manat, 1 ədəd ağ rəngli şüşə qrafinka 6 ədəd bakal (göy), cəmi qiyməti 13 manat, 2 ədəd şirniyyat vazı, cəmi qiyməti 8 manat, 2 ədəd qənd qənd qabı, cəmi qiyməti 12 manat, 1 ədəd böyük konfet qǝnd qabı, qiyməti 7 manat, 6 ədəd sadə bakal, cəmi qiyməti 11 manat 1ədəd "Siqarli" firmasının mikseri, qiyməti 25 manat, 1 ədəd ləpəçəkən, qiyməti 12 manat, 1 ədəd soğançəkən qiyməti 12 manat, 1ədəd elektrik "Elif" samovar dəsti, qiyməti 80 manat, 1ǝded pol silən dəst, qiyməti 25 manat, 3 ǝd vanna dəsti, cəmi qiyməti 30 manat, 1 ədəd paltar səbəti, qiyməti 9 manat, 3 ədəd kapron vedrə, cəmi qiyməti 18 manat, 1 ədəd tok peçi (kamin), qiyməti 30 manat, 5 ədəd kukla, cəmi qiyməti 60 manat, 4 ədəd toxunma gül dipçəyi, cəmi qiyməti 76 manat, 3 ədəd toxunma gül, cəmi qiyməti 12 manat, 3 ədəd süni gül dipçək, cəmi qiyməti 35 manat, 1 künc güldanı 7 güllü, qiyməti 30 manat, 1 ədəd zibil qabı, qiyməti 9 manat, 1 ədəd xǝkǝndaz, qiyməti 9 manat, 4 karopka, (24 ədəd) stəkan, cəmi qiyməti 25 manat, 4 karopka, (24 ədəd) nəlbəki, cəmi qiyməti 20 manat, 12 ədəd mürəbbə razetkası, cəmi qiyməti 12 manat, 4 karobka (24 ədəd) armudu stəkan nəlbəkisi, cəmi qiyməti 22 manat, 2 ədəd böyük meyvə vazı, cəmi qiyməti 16 manat, 1 karopka (6 ǝdǝd) komfet vazı, qiyməti 10 manat, 2 karopka (12 ədəd) ləpə qabı, cəmi qiyməti 20 manat, 1 ədəd tort vazı, qiyməti 10 manat, 1 ədəd tort buludu, 5 boşqabı, qiyməti 16 manat, 48 ədəd boşqab (12 ədəd böyük, 12 şirniyyat, 12 salat, 12 dolma) cəmi qiyməti 45 manat olmaqla cəmi 9653 manat dəyərində əmlak və ya dəyəri alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. Ərizəyə əlavə olunmuş Bərdə rayon İcra və Probasiya şöbəsinin 21 dekabr 2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarından görünür ki, müxtəlif tarixlərə icra prosesləri təyin edilmiş, icra sənədi üzrə tələbkar video çəkilişlə ona məxsus əmlakların yerində olsa da əsassız bəhanələr gətirərək götürməkdən imtina etmiş, öz hərəkətsizliyi ilə icra sənədinin icrasına maneçilik törətmişdir, bu səbəbdən icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında müəyyən oldu ki,Bərdə rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-897/2022 saylı icra sənədi icra olunması üçün Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, 21 dekabr 2023-cü il tarixdə icra sənədi məhkəməyə qaytarılmışdır. Hazırda icra sənədinin yenidən icraya yönəldilməsi zərurəri yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Bərdə rayon İcra və Probasiya şöbəsinin 21 dekabr 2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ləğv olunmalı, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-897/2022 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 ərizəsi təmin edilsin. Bərdə rayon İcra və Probasiya şöbəsinin 21 dekabr 2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ləğv olunsun. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-897/2022 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar