Məhkəmə qərarları › İş №8(021)-93/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-93/2024

14.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-93/2024 14.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3771/2022 saylı icra sənədi üzrə borclunun əmlakının üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3771/2022 saylı icra sənədinin icrası zamanı Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sadiq Həsənov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan QAZ 33021 yük markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimatdan görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)- 3771/2022 saylı icra sənədi üzrə Borclu 15506 manat məbləğində pul vəsaiti və 135 manat dövlət rüsumu tutularaq Yelobank ASC-yə- ödənilməlidir. Borclu könüllü icra müddətində icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Odur ki, Borclu məxsus olan QAZ 33021 yük markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər.Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3771/2022 saylı icra sənədindən görünür ki, cavabdehlər Borclu və X1 müştərək qaydada 2363.44 manat məbləğində əsas kredit borcu, 196.15 manat məbləğində faiz borcu, 44.79 manat məbləğində cərimə borcu, cəmi 2604.38 manat məbləğində borcu və 44.79 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Yelobank -yə ödənilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, təqdimat düzgün formada tərtib olunmamış, təqdimatı əsaslandıran hallara dair heç bir sübut təqdimata əlavə olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3771/2022 saylı icra sənədi üzrə borclunun əmlakının üzərinə həbs qoyulmasına dair təqdimatı geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 267-269-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-3771/2022 saylı icra sənədi üzrə borclunun əmlakının üzərinə həbs qoyulmasına dair təqdimatı və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar