Məhkəmə qərarları › İş №8(021)-95/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-95/2024

07.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-95/2024 07.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X4 məhkəmə iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1450/2023 nömrəli icra vərəqəsi üzrə tələbin əmlaka yönəldilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1450/2023 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə tələbin borc məbləği həddində Borclu məxsus olan Bərdə rayonu, Mollalı kəndində yerləşən cəmi 0,85 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla şöbənin icraatına Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1450/2023 nömrəli icra sənədi daxil olmuşdur. Həmin icra sənədinə əsasən Borclu cəmi 20999 manat və 152 manat dövlət rüsumu tutularaq tələbkar “X8 Kompleksi” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclu tərəfindən ona verilmiş könüllü icra müddətində icra sənədində göstərilən tələb təmin edilməmişdir. Elektron İcra sistemindən çıxarışdan müəyyən edilir ki, Borclu Bərdə rayonu, Mollalı kəndində cəmi 0,85 ha həyətyanı torpaq sahəsi qeydiyyatdan keçmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1450/2023 nömrəli icra sənədindən görünür ki, iddia qismən təmin edilməli, “X5” MMC ilə Borclu arasınnda bağlanmış xx.xx.2021-ci il tarixli, 442 nömrəli 2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə üzrə yaranmış 20399 manat məbləğində borc, 400 manat cərimə olmaqla, cəmi 20799 manat pul və ödənilmiş 200 manat mediasiya xərci cavabdeh Borclu tutularaq iddiaçı “X8 Kompleksi” MMC-nə ödənilməlidir. Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icra olunması üçün 10 gün müddət verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı BƏİ tərəfindən Bərdə rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış sorğuya cavabdan görünür ki, sorğuda qeyd edilən Borclu adına Bərdə rayonu, Mollalı kəndində 2 nəfər ailə üzvü ilə birlikdə 0,63 ha həyətyanı torpaq sahəsi xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə dşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Borclu adına Bərdə rayonu, Mollalı kəndində 4 nəfər ailə üzvü ilə birlikdə 1,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 2nəfər ailə üzvü ilə birlikdə 0,22 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1450/2023 nömrəli icra sənədi üzrə tələb borc məbləği həddində Borclu məxsus olan Bərdə rayonu, Mollalı kəndində yerləşən cəmi 0,85 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar