Məhkəmə qərarları › İş №8(021)-96/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-96/2024

14.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-96/2024 14.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1214/2023 saylı icra sənədi üzrə borclunun əmlakının üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1214/2023 saylı icra sənədinin icrası zamanı Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Validə Hümbətova təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan Bərdə rayon Nazırlı kəndində yerləşən 21.04 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimatdan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(115)-1214/2023 saylı icra sənədi üzrə Borclu 15506 manat məbləğində pul vəsaiti və 135 manat dövlət rüsumu tutularaq P-Aqro MMC-nin xeyrinə ödənilməlidir. Borclu könüllü icra müddətində icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Odur ki, Borclu məxsus olan Bərdə rayon Nazırlı kəndində yerləşən 21.04 ha torpaq sahəsinin üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər.Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1214/2023 saylı icra sənədindən görünür ki, X1, X2 və Borclu müştərək qaydada "xxxx" MMM QBKT-nin xeyrinə kredit müqaviləsi üzrə ödənilməmiş 4367,11 manat məbləğində əsas kredit borcu, 1449 manat məbləğində faiz borcu, 22,87 manat məbləğində cərimə borcu, cəmi 5838,98 manat məbləğində borcu və 78,39 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Borclu borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Borclu tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş məktubdan görünür ki, Borclu mülkiyyətində Bərdə rayon Nazırlı kəndində yerləşən 1.97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 1.86 ha torpaq sahəsi, 0.88 ha torpaq sahəsi, 0.37 ha torpaq sahəsi , 3.98 ha torpaq sahəsi , 2.83 ha torpaq sahəsi , 0.80 ha torpaq sahəsi, 1.60 ha torpaq sahəsi, 2.75 ha torpaq sahəsi və 5 nəfərlə 4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə Borclu məxsus olan əmlakın satış qiymətinin qətnamənin icrasını təmin edəcəyini nəzərə alaraq hesab edir ki, Borclu mülkiyyətində olan təqdimatda qeyd olunan Bərdə rayon Nazırlı kəndində yerləşən 1.97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 1.86 ha torpaq sahəsi, 0.88 ha torpaq sahəsi, 0.37 ha torpaq sahəsi , 3.98 ha torpaq sahəsi , 2.83 ha torpaq sahəsi , 0.80 ha torpaq sahəsi, 1.60 ha torpaq sahəsi, 2.75 ha torpaq sahəsi və 5 nəfərlə 4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(115)-1214/2023 saylı icra sənədi üzrə Borclu mülkiyyətində olan təqdimatda qeyd olunan Bərdə rayon Nazırlı kəndində yerləşən 1.97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 1.86 ha torpaq sahəsi, 0.88 ha torpaq sahəsi, 0.37 ha torpaq sahəsi , 3.98 ha torpaq sahəsi , 2.83 ha torpaq sahəsi , 0.80 ha torpaq sahəsi, 1.60 ha torpaq sahəsi, 2.75 ha torpaq sahəsi və 5 nəfərlə 4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, cəmi 21.04 ha torpaq sahəsi üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 267-269-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin olunsun. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1214/2023 saylı icra sənədi üzrə Borclu mülkiyyətində olan təqdimatda qeyd olunan Bərdə rayon Nazırlı kəndində yerləşən 1.97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 1.86 ha torpaq sahəsi, 0.88 ha torpaq sahəsi, 0.37 ha torpaq sahəsi , 3.98 ha torpaq sahəsi, 2.83 ha torpaq sahəsi , 0.80 ha torpaq sahəsi, 1.60 ha torpaq sahəsi, 2.75 ha torpaq sahəsi və 5 nəfərlə 4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi , cəmi 21.04 ha torpaq sahəsi üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar