Məhkəmə qərarları › İş №8(022)-106/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-106/2025

22.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-106/2025 22.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X3 məhkəmə-iclas katibliyi ilə, Biləsuvar Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2(022)-381/2025 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatına, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2(022)-381/2025 saylı icra sənədinə əsasən Borclu 3320.68 (üç min üç yüz iyirmi manat altmış səkkiz qəpik) manat pul alınaraq Tələbkar xeyrinə ödənilməlidir. Həmin məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və Biləsuvar Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraat başlanmışdır. 11 iyul 2025-ci il tarixdə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Ş.İbrahimova təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, müvafiq qaydada icraya yönəldilmişdir. Lakin, Borclu qanunla müəyyən edilmiş könüllü müddət ərzində icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədində göstərilən tələbi təmin etməmiş və dəfələrlə xəbərdar olmasına baxmayaraq borcunu ödəməmişdir.Yuxarıda qeyd olunanları nəzərə alaraq icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən digər şəxslərin məhkəmə iclasına gəlməməsi təqdimatda qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə təqdimata işdə iştirak edən şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2(022)-381/2025 saylı icra sənədi üzrə borclu xx xxxxxxx 1971-ci ildə Biləsuvar rayonunda anadan olan və Biləsuvar rayonu, Günəşli kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ həmin icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılsın. Qəbul edilmiş qərardad barədə dərhal borcluya, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi icra məmuruna həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar