Məhkəmə qərarları › İş №8(022)-114/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-114/2025

28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-114/2025 28.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, X1 Maraqlı şəxs qarşı müəyyən edilmiş alimentin məbləğinin indeksasiyası tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-1052/2023 saylı qətnaməsinə əsasən 30 oktyabr 2011 -ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmasj üçün tutulan alimentin məbləğinin, sonrakı artımlar nəzərə alınmaqla minumum əmək haqqının 0.63 misli miqdarında ideksasiyasının aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, 2010-cu ildə Maraqlı şəxs ilə ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə 30 oktyabr 2011-ci il tarixdə X5 anadan olmuşdur. Onların nikahı rəsmi olmadığı üçün 30 oktyabr 2011-ci il tarixdə doğulmuş X3 atalıq faktı müəyyən edilmişdir. Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)- 1052/2023 saylı qətnaməsinə əsasən X3 atalıq faktı müəyyən edilmiş və X3 yetkinlik yaşına çatana kimi saxlanılmasi üçün 150 (bir yüz əlli) manat məbləğində alimentin Maraqlı şəxs alınaraq ona verilməsi qərara alınmışdır. Maraqlı şəxs alimentin ödənilməsini gecikdirsə də ödəyir. Həmin məbləğ 2023-cü il üçün müəyyən edildiyi üçün bu gün uşağın tələbatını ödəmir. Buna görə də hesab edir ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(022)-1052/2023 saylı qətnaməsinə əsasən müəyyən edilmiş aliment sonrakı artımlar nəzərə alınmaqla ideksasiya edilməlidir. Eyni zamanda bildirmək istəyir ki, Fətimənin onurğa sümüyündə problem olduğu üçün onu üzgüçülük və həkimin nəzarəti altında idman və masajlara aparır. Bu isə maddi təminat tələb edən kurslardır. Buna görə də bütün bunların hamısını maddi cəhətdən çatdırmaq olmur və çox çətinliklər çəkir.Odur ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-1052/2023 saylı qətnaməsinə əsasən 30 oktyabr 2011 -ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmasj üçün tutulan alimentin məbləğinin, sonrakı artımlar nəzərə alınmaqla minumum əmək haqqının 0.63 misli miqdarında ideksasiyasının aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-1052/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X6 ilə cavabdeh Maraqlı şəxs birgə nikahlarından xx.xx.2011-ci il tarixdə doğulmuş X3 atası Maraqlı şəxs olması müəyyən edilmiş, xx.xx.2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 150 (yüz əlli) manat alimentin cavabdeh Maraqlı şəxs iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 saylı Qərarının 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə belə hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-1052/2023 saylı qətnaməsi ilə xx.xx.2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 manat olmaqla müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla 2023-cü il üçün müəyən olunmuş minimum aylıq əmək haqqının 0,44 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 232-ci maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 ərizəsi təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-1052/2023 saylı qətnaməsi ilə X6 ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (yüz əlli) manat olmaqla müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla 2023-cü il üçün müəyən olunmuş minimum aylıq əmək haqqının 0,44 misli həddində indeksasiya olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar