Məhkəmə qərarları › İş №8(022)-128/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-128/2024

30.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-128/2024 30.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi ilə, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, Biləsuvar rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(022)-900/2022 saylı icra sənədi üzrə borclu X6 əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(022)-900/2022 saylı icra sənədi üzrə borclu X5 borc qismində 5200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 72 manat məbləğlərində pul vəsaiti alınıb Tələbkar verilməlidir. Həmin məhkəmə aktı icraya yönəldilmiş və icra sənədi üzrə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmışdır. Biləsuvar Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 8(022)-177/2023 saylı qərardadı ilə borclu X6 mülkiyyətində olan “Mercedes BENZ 190” minik markalı, 90MU382 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. 26 dekabr 2024-cü il tarixdə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 8(022)-177/2023 saylı qərardadı ilə borclu X6 mülkiyyətində olan “Mercedes BENZ 190” minik markalı, 90MU382 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Biləsuvar rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(022)-900/2022 saylı icra sənədi üzrə tələbkar Əsədov X4 rayon icra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək borclu X8 ilə aralarında razılığa gəldiklərini bildirərək icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. Göstərilənləri əsas tutaraq icra 30 avqust 2023-cü il tarixli, 8(022)-177/2023 saylı qərardadı ilə borclu X6 mülkiyyətində olan “Mercedes BENZ 190” minik markalı, 90MU382 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. İcra məmuru və tərəflər məhkəmə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, icra sənədi üzrə avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair icra məmurunun təqdimatı təmin edilərək, icra sənədi üzrə məcburi icra tədbirlərinin qüvvədə qalmasına zərurət aradan qalxdığına görə borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, iş materiallarında olan 04 oktyabr 2022-ci il tarixli, 2(022)-900/2022 saylı icra sənədi üzrə icra sənədinin qaytarılması haqqında Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin 23 avqust 2024-cü il tarixli qərarından görünür ki, Tələbkar 23 avqust 2024-cü il tarixli ərizəsinə əsasən tərəflər aralarında razılığa gəldiyi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsi rəhbər tutularaq icra sənədi məhkəməyə geri qaytarılmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı təmin edilsin. Biləsuvar rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 8(022)-177/2023 saylı qərardadı ilə borclu X6 mülkiyyətində olan “Mercedes BENZ 190” minik markalı, 90MU382 dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar