Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-129/2023 30.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-502/2016 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-502/2016 saylı icra sənədinə əsasən Borclu 12.822.02 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Həmin məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və Biləsuvar Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra üzrə icraata başlanılmışdır. Biləsuvar Rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdimatla Biləsuvar Rayon Məhkəməsinə müraciət edilərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Təqdimatda göstərilmişdir ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-502/2016 saylı icra sənədi hazırkı vaxta kimi tam şəkildə icra olunmamışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-502/2016 saylı icra sənədi üzrə borclu-xx.xx.1971-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayonu, Bəydili kəndi, M.Xanəhmədov küçəsi ev 16-da qeydiyyatda olan Borclu ölkədən getmək hüququ həmin icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılsın. Qəbul edilmiş qərardad barədə dərhal borcluya, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi icra məmuruna həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №8(022)-129/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-129/2023
30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver