Məhkəmə qərarları › İş №8(022)-142/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-142/2024

25.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-142/2024 25.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsini sədri, Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X2 oğlunun katibliyi ilə, Şirvan Kommersiya Məhkəməsinin 20 iyun 2024-cü il taruxli e 2-2(121)-895/2024 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Biləsuvar Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Kommersiya Məhkəməsinin 20 iyun 2024-cü il taruxli e 2-2(121)-895/2024 saylı icra sənədi üzrə Borclu 24 029 38 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “X1 Kompleksi” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməlidir. Həmin məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və Biləsuvar Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraat başlanmışdır. 13 sentyabr 2024-cü il tarixdə Biləsuvar Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elvin Nəsirov təqdimatla məhkəməyə müraciət edərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. E.Nəsirov təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, müvafiq qaydada icraya yönəldilmişdir. Lakin Borclu qanunla müəyyən edilmiş könüllü müddət ərzində icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədində göstərilən tələbi təmin etməmiş və dəfələrlə xəbərdar olmasına baxmayaraq borcunu ödəməmişdir.Yuxarıda qeyd olunanları nəzərə alaraq icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmurunun təqdimatı təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e 2-2(121)-895/2024 saylı icra sənədi üzrə borclu - xx xxxx 1975-ci ildə Biləsuvar rayonundnda anadan olmuş, Biləsuvar rayonu Ağalıkənd kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ həmin icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılsın. Qəbul edilmiş qərardad barədə dərhal borcluya, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi icra məmuruna həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar rayon Məhkəməsinin sədri Rəfayil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar