Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-143/2024 26.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, Daşkəsən Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 1(030)-12/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Daşkəsən Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 1(030)-12/2022 saylı icra sənədi üzrə 4485.90 manat məbləğində pul vəsaiti Borclu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Həmin məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və Biləsuvar Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraat başlanmışdır. 13 sentyabr 2024-cü il tarixdə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. E.Nəsirov təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, müvafiq qaydada icraya yönəldilmişdir. Lakin Borclu qanunla müəyyən edilmiş könüllü müddət ərzində icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədində göstərilən tələbi təmin etməmiş və dəfələrlə xəbərdar olmasına baxmayaraq borcunu ödəməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq icra məmuru Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 1(030)-12/2022 saylı icra sənədi üzrə borclu, xx xxxxxx 1979-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun həmin icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılsın. Qəbul edilmiş qərardad barədə dərhal borcluya, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi icra məmuruna həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №8(022)-143/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-143/2024
26.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver