Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-160/2025 10.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, X1, Maraqlı şəxs iştirakları ilə, X1 Maraqlı şəxs qarşı müəyyən edilmiş alimentin məbləğinin indeksasiyası tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-1036/2023 saylı qətnaməsinə əsasən, cavabdeh Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2016-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 100 manat, cəmi 300 manat tutulması müəyyən olunmuş alimentin miqdarının ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin müvafiq misli həddində indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-1036/2023 saylı qətnaməsinə əsasən, cavabdeh Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2016-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 100 manat, cəmi 300 manat sabit pul məbləğinidə alimentin Maraqlı şəxs alınaraq ona verilməsi qət edilmişdir.Lakin qətnamə qəbul olunarkən almientin miqdarı minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməmişdir. Odur ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-1036/2023 saylı qətnaməsinə əsasən, cavabdeh Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2016-ci il təvəllüdlü X11 və xx.xx.2017-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 100 manat, cəmi 300 manat tutulması müəyyən olunmuş alimentin miqdarının ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasında Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-1036/2023 saylı qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2016-ci il təvəllüdlü X11 və xx.xx.2017-cı il təvəllüdlü X2 üçün sabit pul şəklində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının mislinə uygun sabit pul məbləğində indeksasiya edilməsinə etiraz etmədi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək hesab edir ki, X4 ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-1036/2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh Maraqlı şəxs qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Maraqlı şəxs Yaqub oğlundan xx.xx.2014-cü ildə anadan olmuş X9, xx.xx.2016-cı il tarixdə anadan olmuş X7 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 (yüz) manat olmaqla, ayda cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X5 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 saylı Qərarının 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyərək və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə belə hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-1036/2023 saylı qətnaməsinə əsasən, cavabdeh Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2016-ci il təvəllüdlü X11 və xx.xx.2017-cı il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 manat, cəmi 300 manat olmaqla müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyən olunmuş minimum əmək haqqının 0,29 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 232-ci maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 ərizəsi təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-1036/2023 saylı qətnaməsinə əsasən, cavabdeh Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2016ci il təvəllüdlü X11 və xx.xx.2017-cı il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 manat, cəmi 300 manat olmaqla müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyən olunmuş minimum əmək haqqının 0,29 misli həddində indeksasiya olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X15
Məhkəmə qərarları › İş №8(022)-160/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-160/2025
10.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver