Məhkəmə qərarları › İş №8(022)-165/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-165/2025

17.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-165/2025 17.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı müəyyən edilmiş alimentin məbləğinin indeksasiyası tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-1026/2024 saylı qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdə doğulmuş X5 və xx.xx.2022-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 260 (iki yüz altmış) manat sabit pul məbləğinin indeksasiyasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)- 1026 2024 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında 24 sentyabr 2020-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 2247 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Birgə nikahlarından xx.xx.2020-ci il tarixdə doğulmuş X5 və xx.xx.2022-ci il tarixdə doğulmuş X3 onun yanında saxlanılması, xx.xx.2020-ci il tarixdə doğulmuş X4 və xx.xx.2022-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmiş və alimentin tutulması xx.xx.2024-cü il tarixdən müəyyən edilmişdir. Hazırda istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində xx.xx.2020-ci il tarixdə doğulmuş X5 və xx.xx.2022-ci il tarixdə doğulmuş X1 üçün Cavabdeh ödədiyi alimentin yetərsizliyindən yaranan itkilərin tam və ya qismən kompensasiyasına zərurət yaranmışdır. Odur ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-1026/2024 saylı qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin məbləğinin indeksasiyasının aparılması üçün həmin məbləğin minimum əmək haqqı məbləğinə nisbətinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-1026/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 24 sentyabr 2020-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 2247 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci il tarixdə doğulmuş X5 və xx.xx.2022-ci il tarixdə doğulmuş X2 İddiaçı yanında saxlanılması və xx.xx.2020-ci il tarixdə doğulmuş X4 və xx.xx.2022-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 saylı Qərarının 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə belə hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-1026/2024 saylı qətnaməsi ilə xx.xx.2020-ci il tarixdə doğulmuş X4 və xx.xx.2022ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi müəyyən edilmiş alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla müəyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 232-ci maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi İddiaçı ərizəsi təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-1026/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh ilə birgə nikahlarından xx.xx.2020-ci il tarixdə doğulmuş X4 və xx.xx.2022-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 130 (yüz otuz) manat müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla müəyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində indeksasiya olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar