Məhkəmə qərarları › İş №8(022)-167/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-167/2023

14.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-167/2023 14.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli 8(022)-73/2022 saylı qərardadı ilə Borclu məxsus “QAZ 3302-18 Yük” markalı ** BS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Biləsuvar Rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(022)-1163/2021 saylı icra sənədinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(022)-1163/2021 saylı icra sənədinin icrasının təmini məqsədi ilə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli 8(022)-73/2022 saylı qərardadı ilə Borclu məxsus “QAZ 3302-18 Yük” markalı ** BS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Biləsuvar Rayon İcra və Probasiya şöbəsi Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli 8(022)-73/2022 saylı qərardadı ilə Borclu məxsus “QAZ 3302-18 Yük” markalı ** BS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimat ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişlər. İş materiallarında olan tələbkar X1 ərizəsindən görünür ki, tələbkar Borclu ilə razılığa gələrək, hal-hazırda övladı ilə birlikdə Borclu himayəsində yaşayırlar. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli 8(022)-73/2022 saylı qərardadı ilə Borclu məxsus “QAZ 3302-18 Yük” markalı ** BS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(022)-1163/2021 saylı icra sənədinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi üzrə icra sənədi tələbkar X1 ərizəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli 8(022)-73/2022 saylı qərardadı ilə Borclu məxsus “QAZ 3302-18 Yük” markalı ** BS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli 8(022)-73/2022 saylı qərardadı ilə Borclu məxsus “QAZ 3302-18 Yük” markalı ** BS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar