Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-167/2024 18.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X5, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Biləsuvar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-957/2024 saylı icra sənədinə izah verilməsi məsələsinə baxılmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-957/2024 saylı icra sənədinə izah verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, Biləsuvar rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(022)-957/2024 saylı icra sənədinin “qət etdi” hissəsində Borclu iddiaçı "xxxx" X9 Səhmdar Cəmiyyətinin xeyrinə 3384 (üç min üç yüz səksən dörd) manat 40 (qırx) qəpik əsas, 503 (beş yüz üç) manat 52 (əlli iki) qəpik faiz, 24 (iyirmi dörd) manat 44 (qırx dörd) qəpik cərimə, cəmi 3912 (üç min doqquz yüz on iki) manat 36 (otuz altı) qəpik borc və dövlət rüsumu olaraq ödənilmiş 59 (əlli doqquz) manat 53 (əlli üç) qəpik pul tutulması göstərilmişdir. Lakin icravə vərəqəsinin yekun hissəsində borclu qrafasında X6 olaraq qeyd olunmuşdur. Odur ki, Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-957/2024 saylı icra sənədinə izah verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə görə qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Mülki iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-957/2024 saylı qətnaməsi icra edilməmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci hissəsinə görə məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 216.2-ci maddəsinə əsasən məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icra vərəqəsinin yekun hissəsində borclu qrafasında borclu şəxs Borclu olmasına baxmayaraq X6 göstərilməklə yanlışlığa yol verilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-957/2024 saylı qətnaməsi üzrə tərtib edilmiş icra vərəqəsinin yekun hissəsində borclu qrafasında “X6, xx.xx.1981-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Biləsuvar rayonu Günəşli kəndində qeydiyyatda olan” qeyd olunması hissəsində “Borclu, xx.xx.1996-cı il tarixdə Biləsuvar rayonu Təzəkənd kəndində anadan olmuş, Biləsuvar rayonu Təzəkənd kəndində qeydiyyatda olan”qeyd edilməklə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263, 264, 267, 268, 395 və 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-957/2024 saylı qətnaməsi aşağıdakı qaydada izah edilsin: Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-957/2024 saylı qətnaməsi üzrə tərtib edilmiş icra vərəqəsinin yekun hissəsində borclu qrafasında “X6, xx.xx.1981-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Biləsuvar rayonu Günəşli kəndində qeydiyyatda olan” qeyd olunması hissəsində “Borclu, xx.xx.1996-cı il tarixdə Biləsuvar rayonu Təzəkənd kəndində anadan olmuş, Biləsuvar rayonu Təzəkənd kəndində qeydiyyatda olan”qeyd edilməklə izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №8(022)-167/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-167/2024
18.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver