Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-168/2025 24.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, X1 Maraqlı şəxs qarşı müəyyən edilmiş alimentin məbləğinin indeksasiyası tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(022)- 350/2023 saylı qətnaməsinə əsasən 18 iyun 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində indeksasiyasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Biləsuvar rayon məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(022)- 350/2023 saylı qətnaməsinə əsasən 18 iyun 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq ona ödənilməsi qət edilmişdir.Lakin həmin qətnamə qəbul olunarkən alimentin miqdarı minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməmişdir. Odur ki, Biləsuvar Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(022)- 350/2023 saylı qətnaməsinə əsasən 18 iyun 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin miqdarının ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində indeksasiyasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. X2 və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(022)-350/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X6 və cavabdeh Maraqlı şəxs arasında 14 dekabr 2020-ci il tarixdə Biləsuvar RİHB-nin Aşağı- Cürəli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində 13 nömrə ilə qeydə alınmış nikah pozulmuş,18 iyun 2019-cu il təvəllüdlü X4 anası X3 yanında saxlanılması müəyyən edilməklə, 18 iyun 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınıb X5 verilməsi və alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 saylı Qərarının 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə belə hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(022)-350/2023 saylı qətnaməsi ilə 18 iyun 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 232-ci maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 ərizəsi təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(022)- 350/2023 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh Maraqlı şəxs ilə birgə nikahlarından 18 iyun 2019-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №8(022)-168/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-168/2025
24.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver