Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-170/2025 05.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, X1 Maraqlı şəxs qarşı müəyyən edilmiş alimentin məbləğinin indeksasiyası tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106) -225/20204 saylı qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləğinin indeksasiyasının aparılması üçün həmin məbləğin minimum əmək haqqı məbləğinə nisbətinin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikaha girməklə ailə qurmuşdur. Həmin nikahdan 30 iyun 2021-ci il tarixdə X6 və 22 oktyabr 2013-cü il tarixdə X7 doğulmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən aralarında olan nikah qeydi Biləsuvar rayon məhkəməsiniun 05 oktyabr 2023-cü il tarixli 2(022)-869/2023 saylı qətnaməsinə əsasən pozulmuş və həmin nikahdan 30 iyun 2021-ci il tarixdə doğulmuş X6 və 22 oktyabr 2013-cü il tarixdə doğulmuş X4 onun yanında saxlanılması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmasından ötəri hər ay bir uşağa 120 manat, iki uşaq üçün isə 240 manat olmaqla sabit pul məbləğində alimentin Maraqlı şəxs tutulması müəyyən edilmişdir. Qətnamə üzrə müəyyən edilmiş aliment məbləği ilə razılaşmadığından tərəfindən Şirvan Apellyasiay Məhkəməsinə apellyasiiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə baxaraq Biləsuvar rayon məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(022)- 869/2023 saylı qətnaməsini qət edilmiş aliment məbləği hissəsində dəyişdirərək hər ay bir uşağa görə 175 manat, iki uşaq üçün 350 manat sabit pul məbləğində müəyyən edilməsi haqda xx.xx.2024-cü il tarixli 2(106)- 225/20204 saylı qətnamə qəbul etmişdir. Aliment qərarının çıxmasından artıq iki ilə yaxın müddət keçmişdir. Hazırki vəziyyətdə məhkəmə qətnaməsi ilə müəyyən eidlmiş aliment məbləği uşaqların saxlanılmasına kifayət etmir. Hər il qiymətlər qalxmış, lakin aliment məbləği olduğu kimi qalmışdır və nəticədə həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdür. Hər il qiymətlərin qalxması əsasında hər il uşaqların yaşayış minimumu da qanunla artırılmışdır. X2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məhkəmə iclasında ərizəçinin tələbini qəbul etməyərək, rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən maraqlı şəxsi dinləyərək hesab edir ki, X5 ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-225/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 apellyasiya şikayəti qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli 2(022)- 869/2023 saylı qətnaməsi cavabdehdən tutulması qət edilmiş alimentin məbləği hissəsində dəyişdirilərək, 30 iyun 2012-ci il təvəllüdlü X3 və 22 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 saylı Qərarının 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə maraqlı şəxsi dinləyərək və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə belə hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-225/2024 saylı qətnaməsi ilə cavabdeh Maraqlı şəxs 30 iyun 2012-ci il təvəllüdlü X3 və 22 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyən olunmuş minimum əmək haqqının 0,51 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 232-ci maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 ərizəsi təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-225/2024 saylı qətnaməsi ilə cavabdeh Maraqlı şəxs 30 iyun 2012-ci il təvəllüdlü X3 və 22 oktyabr 2013cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyən olunmuş minimum əmək haqqının 0,51 misli həddində indeksasiya olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №8(022)-170/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-170/2025
05.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver