Məhkəmə qərarları › İş №8(022)-238/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-238/2023

27.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-238/2023 27.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(022)-876/2023 saylı qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması məsələsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(022)-876/2023 saylı qətnaməsi ilə cavabdeh X1 13731 (on üç min yeddi yüz otuz bir) manat 04 (sıfır dörd) qəpik əsas, 1420 (min dörd yüz iyirmi) manat 17 (on yeddi) qəpik faiz, cəmi 15151 (on beş min yüz əlli bir) manat 21 (iyirmi bir) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 (yüz otuz beş) manat 45 (qırx beş) qəpik məbləğində pul vəsaiti iddiaçı Tələbkar açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. 16 noyabr 2023-cü il tarixdə Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(022)-876/2023 saylı qətnaməsində yol verilmiş yanlışlıqların aradan qaldırılması barədə Biləsuvar rayon İcra və Probasiya şöbəsinin rəisi ilkin Əzizov ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Məhkəmə ərizəni və mülki iş materiallarını tədqiq edərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(022)-876/2023 saylı qətnaməsində yol verilmiş yanlışlıqlar düzəldilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(022)-876/2023 saylı qətnaməsinin bütün mətnində “X2” ifadəsi, “Borclu” ifadəsi kimi oxunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 228, 263, 264, 267, 268, 395 və 396-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(022)-876/2023 saylı qətnaməsinin bütün mətnində “X2” adı “Borclu” kimi oxunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar