Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-45/2025 25.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, X1 Maraqlı şəxs qarşı müəyyən edilmiş alimentin məbləğinin indeksasiyası tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-1285/2023 saylı qətnaməsinə əsasən 26 iyul 2022-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs sabit pul məbləğində 150 manat tutulması müəyyən olunmuş alimentin miqdarının ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində indeksasiyasına dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023cü il tarixli 2(022)-1285/2023 saylı qətnaməsinə əsasən 26 iyul 2022-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs sabit pul məbləğində 150 manat aliment tutulması qət edilmişdir.Lakin qətnamə qəbul olunarkən alimentin miqdarı minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməmişdir. Alimentin miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində indeksasiyasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Belə ki, iş materiallarında olan AZ-İV № 954284 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Maraqlı şəxs, ana adı qrafasında isə X8 qeyd olunmuşdur. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-1285/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh X5 qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı X3 cavabdeh Maraqlı şəxs ilə faktiki nikahlarından 26 iyul 2022-ci il tarixdə anadan olmuş X4 atasının Maraqlı şəxs olması müəyyən edilmiş, 26 iyul 2022-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 150 (yüz əlli) manat alimentin cavabdeh Maraqlı şəxs alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 saylı Qərarının 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəçini dinləyərək və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə belə hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-1285/2023 saylı qətnaməsi ilə X8 ilə Maraqlı şəxs faktiki nikahlarından 26 iyul 2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla 2023-cü il üçün müəyən olunmuş minimum aylıq əmək haqqının 0,44 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 232-ci maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 ərizəsi təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-1285/2023 saylı qətnaməsi ilə X8 ilə Maraqlı şəxs faktiki nikahlarından 26 iyul 2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla 2023-cü il üçün müəyən olunmuş minimum aylıq əmək haqqının 0,44 misli həddində indeksasiya olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №8(022)-45/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-45/2025
25.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver