Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-46/2025 25.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, X2 Maraqlı şəxs qarşı müəyyən edilmiş alimentin məbləğinin indeksasiyası tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən, 05 may 2022-ci ildə doğulmuş uşağı X1 üçün müəyyən olunmuş alimentin indeksasiyasına dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 2021-ci ildə faktiki nikaha daxil olmuşlar. Nikahlarını rəsmi qeyd etdirməmişlər. Birgə yaşadıqları illərdə, yəni 05 may 2022-ci il tarixdə Cahid adlı uşaqları doğulmuşdur. Uşaq onun himayəsindədir. Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən uşağın atalığı müəyyən edilmiş və uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində 130 manat alimentin tutulması müəyyən edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən uşağının saxlanması üçün aliment müəyəyn edilərkən, məhkəmə tərəfindən alimentin miqdarı minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun müəyyən edilməmişdir.Qanunvericiliyin tələbinə görə uşağın saxlanması üçün müəyyən olunmuş alimentin indeksasiyasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Belə ki, iş materiallarında olan AZ-İV № 898120 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Maraqlı şəxs, ana adı qrafasında isə X8 qeyd olunmuşdur. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 2(022)-873/2023 saylı xx.xx.20223-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh Maraqlı şəxs qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş X7 atası olması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 130 (yüz otuz) manat alimentin cavabdeh Maraqlı şəxs iddiaçı X6 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 saylı Qərarının 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə belə hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-873/2023 saylı xx.xx.20223-cü il tarixli qətnaməsi ilə X8 ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2022-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla 2023-cü il üçün müəyən olunmuş minimum aylıq əmək haqqının 0,38 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 232-ci maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 ərizəsi təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-873/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X8 ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2022-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla 2023-cü il üçün müəyən olunmuş minimum aylıq əmək haqqının 0,38 misli həddində indeksasiya olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №8(022)-46/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-46/2025
25.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver