Məhkəmə qərarları › İş №8(022)-50/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-50/2025

02.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-50/2025 02.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, X1 Maraqlı şəxs qarşı müəyyən edilmiş alimentin məbləğinin indeksasiyası tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 237/2023 saylı, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləğinin indeksasiyasının aparılması üçün həmin məbləğin minimum əmək haqqı məbləğinə nisbətinin müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə nikahı 16 noyabr 2016-cı il tarixdə Biləsuvar RİHB-nın Aşağı-Cürəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 nömrə ilə qeyd edilmişlər. Onların birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X15 adlı uşaqları doğulmuşdur. Hazırda Ümüd adlı övladı onun himayəsindədir. Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(022)-237/2023 saylı qətnaməsi ilə uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. Hazırki vəziyyətdə övladlarının saxlanılması üçün cavabdehdən tutulan 150 manat miqdarında alimentin məbləği uşaqların saxlanılması üçün kifayət etmir. Belə ki, hər il uşaqların yaşayış minimumu da qanunla artırılmışdır. Odur ki, Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(022)-237/2023 saylı qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləğinin indeksasiyasının aparılması üçün həmin məbləğin minimum əmək haqqı məbləğinə nisbətinin müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs Rəhimli X11 Rayon Məhkəməsinin 18 aprel 2023cü il tarixli 2(022)-237/2023 saylı qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləğinin indeksasiyasının aparılmasına etiraz etmədiyini bildirdi. X4 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan AZ-İV № 217162 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Maraqlı şəxs, ana adı qrafasında isə X9 qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİ № 162855 saylı X7 surətindən görünür ki, Maraqlı şəxs və X9 nikahlarını 07 noyabr 2016-cı il tarixdə Biləsuvar RİHB-nin Aşağı-Cürəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 nömrə ilə qeyd etdirmişlər. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(022)-237/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdeh Maraqlı şəxs qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, Maraqlı şəxs ilə X9 arasında 07 noyabr 2016-cı il tarixdə Biləsuvar RİHB-nin Aşağı-Cürəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X12 anası X5 yanında qalması müəyyən edilmiş, X12 atası Maraqlı şəxs alınaraq anası X8 verilməsi, xx.xx.2018-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin X5 xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 saylı Qərarının 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə maraqlı şəxsi dinləyərək və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə belə hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(022)-237/2023 saylı qətnaməsi ilə X10 ilə Maraqlı şəxs birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində tutulması müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla 2023-cü il üçün müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,44 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 232-ci maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 ərizəsi təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(022)-237/2023 saylı qətnaməsi ilə X9 ilə Maraqlı şəxs birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində tutulması müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla 2023-cü il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli həddində indeksasiya olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar