Məhkəmə qərarları › İş №8(022)-57/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-57/2025

19.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-57/2025 19.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullzadə Həsən Abdulla oğlunun katibliyi, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi İlkin Əzizovun, X1, X7nun, Biləsuvar Rayon İcra və X8 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)- 782/2023 saylı icra sənədi üzrə X1 X7na qarşı tələbdən imtinası barədə Biləsuvar Rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin təqdimatından görünür ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-782/2023 saylı icra sənədinə əsasən X4 X14 ilə birgə nikahlarından 14 dekabr 2013-cü ildə doğulmuş X15 və 19 yanvar 2015-ci ildə doğulmuş X10 ilə hər həftənin şənbə günü saat 10:00-dan uşaqlar gecə yanında qalmaqla bazar günü saat 18:00-dək görüşməklə ünsiyyət hüququ təmin edilmişdir.X2in icra və probasiya şöbəsinə daxil olmuş 08 may 2025-ci il tarixli ərizəsindən görünür ki, o, övladları- X15 və X10 ilə ünsiyyət hüququndan imtina etməsi və iş üzrə icraata xitam verilməsi məsələləsinə baxılmasını xahiş etmişdir. Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi İlkin Əzizov izahat verərək göstəmişdir ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-782/2023 saylı icra sənədinə əsasən X4 X14 ilə birgə nikahlarından 14 dekabr 2013-cü ildə doğulmuş X15 və 19 yanvar 2015-ci ildə doğulmuş X10 ilə hər həftənin şənbə günü saat 10:00-dan uşaqlar gecə yanında qalmaqla bazar günü saat 18:00-dək görüşməklə ünsiyyət hüququ təmin edilmişdir.X3 08 may 2025-ci il tarixli ərizə ilə icra şöbəsinə müraciət edərək övladları- X15 və X10 ilə ünsiyyət hüququndan imtina etdiyini, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona görə də təqdimatın təmin edilməsini xahiş etdi. X3 izahatında Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)- 782/2023 saylı icra sənədinə əsasən onunla X9 birgə nikahlarından 14 dekabr 2013-cü ildə doğulmuş X15 və 19 yanvar 2015-ci ildə doğulmuş X10 ilə hər həftənin şənbə günü saat 10:00-dan uşaqlar gecə yanında qalmaqla bazar günü saat 18:00-dək görüşməklə ünsiyyət hüququnun təmin edildiyini, lakin hazırda uşaqlarının onunla ünsiyyət saxlamaq istəmədiklərini, ona görə də icra sənədi üzrə icraata xitam verilməsini xahiş etdi. X7 məhkəmə iclasında təqdimatın təmin edilməsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, icra məmurunun təqdimatı təmin edilərək, icra sənədi üzrə tələbkarın tələbdən imtinası qəbul edilməli, icra sənədi üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-782/2023 saylı icra sənədindən görünür ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-782/2023 saylı qətnaməsi ilə X4 X14 ilə birgə nikahlarından 14 dekabr 2013-cü ildə doğulmuş X15 və 19 yanvar 2015-ci ildə doğulmuş X10 ilə hər həftənin şənbə günü saat 10:00-dan uşaqlar gecə yanında qalmaqla bazar günü saat 18:00-dək görüşməklə ünsiyyət hüququ təmin edilmişdir. X1 işdə olan xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-782/2023 saylı qətnaməsinin icrası ilə əlaqədar X7na qarşı olan tələbindən imtina etməklə, icraata xitam verilməsini xahiş edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə, icra sənədi üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-782/2023 saylı icra sənədi üzrə X4 X14 ilə birgə nikahlarından 14 dekabr 2013-cü ildə doğulmuş X15 və 19 yanvar 2015-ci ildə doğulmuş X10 ilə hər həftənin şənbə günü saat 10:00-dan uşaqlar gecə yanında qalmaqla bazar günü saat 18:00-dək görüşməklə ünsiyyət hüququna dair tələbindən imtinası qəbul edilsin və icra sənədi üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar