Məhkəmə qərarları › İş №8(022)-69/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-69/2025

05.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-69/2025 05.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, X2, maraqlı şəxs X7 iştirakları ilə, X2 maraqlı şəxs X9 qarşı müəyyən edilmiş alimentin məbləğinin indeksasiyası tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 1082/2024-cü il nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehdən hər ay xx.xx.2016-cı il tarixdə anadan olmuş X11 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 160 (yüz altmış) manat, ayda cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının mislinə uygun sabit pul məbləğində indeksasiya edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1082/2024-cü il nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X5 xx.xx.2016-cı il tarixdə anadan olmuş X11 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 160 (yüz altmış) manat, ayda cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin X5 alınaraq X6 verilməsi qət edilmişdir. Ona görə də Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 1082/2024-cü il nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehdən hər ay xx.xx.2016-cı il tarixdə anadan olmuş X11 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 üçün sabit pul şəklində tutulan alimentin sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının mislinə uygun sabit pul məbləğində indeksasiya edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Maraqlı şəxs X12 məhkəmə iclasında Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 1082/2024-cü il nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il tarixdə anadan olmuş X11 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 üçün sabit pul şəklində tutulan alimentin sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının mislinə uygun sabit pul məbləğində indeksasiya edilməsinə etiraz etmədi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək hesab edir ki, X4 ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1082/2024cü il nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh X9 qarşı aliment tələbinə dair iddiası təmin edilmiş, X5 xx.xx.2016-cı il tarixdə anadan olmuş X11 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 160 (yüz altmış) manat, ayda cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin X5 alınaraq X6 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 saylı Qərarının 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəçini dinləyərək və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə belə hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1082/2024-cü il nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il tarixdə anadan olmuş X11 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 160 (yüz altmış) manat, ayda cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla 2024-cü il üçün müəyən olunmuş minimum aylıq əmək haqqının 0,4 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 232-ci maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 ərizəsi təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1082/2024-cü il nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X10 ilə X7 birgə nikahlarından xx.xx.2016-cı il tarixdə anadan olmuş X11 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 160 (yüz altmış) manat olmaqla, ayda cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla 2024-cü il üçün müəyən olunmuş minimum aylıq əmək haqqının 0,4 misli həddində indeksasiya olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar