Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-73/2024 17.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, X1 iştirakı ilə Qətnamənin hissə-hissə icra edilməsi barədə X6 ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-159/2024 saylı icra vərəqəsinə əsasən X4 iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11328 (on bir min üç yüz iyirmi səkkiz) manat 21 (iyirmi bir) qəpik əsas borc, 1579 (min beş yüz yetmiş doqquz) manat 79 (yetmiş doqquz) qəpik faiz borcu, 40 (qırx) manat cərimə borcu, cəmi 12948 (on iki min doqquz yüz qırx səkkiz) manat borc və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 (yüz) manat pul vəsaiti tutulmalıdır. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Biləsuvar rayon Məhkəməsinin 2(022)- 159/2024 saylı iş üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə 12948 manat borcun və 100 manat ödənilmiş dövlət rüsumunun ondan alınaraq, iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamənin çıxarılmasından öncə Biləsuvar rayon məhkəməsinin qətnaməsi ilə qazancının ¼ hissəsinin uşağın saxlanmasına görə aliment olaraq tutularaq, keçmiş həyat yoldaşı X8 ödənilməsi müəyyən edilmişdir. Hər iki iş halhazırda Biləsuvar rayon İcra Şöbəsinin icraatındadır. O, əvvəllər hərbçi MAXE kimi xidmət göstərmişdir. xx.xx.2023-cü ildə o, müqavilə müddəti başa çatması səbəbindən ordudan tərxis olunmuşdur. Artıq üç aydır ki, "Azinvest" şirkətində fəhlə peşəsinə işə düzəlmişdir. Aylıq əmək haqqı 450 manat təşkil edir. Hazırda o, yenidən ailə həyatı qurmuş və həmin nikahdan bir övladı vardır. Bundan başqa himayəsində şəkər xəstəsi olan anası vardır. Ailədə qazanc əldə edən yeganə şəxsdir.Bu gün o, hər iki məhkəmə qətnaməsini eyni vaxtda icra etmək iqtidarında deyildir. Hərbi xidmətdən tərxis olunduğu vaxtdan sonra bir neçə ay işsiz qaldığına görə aliment borcu yarandığından hazırda gəlirinin 70 faizi aliment borcuna görə tutulur. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-159/2024 saylı iş üzrə 23 yanvar 2024- cü il tarixli qətnaməsi ilə 12948 manat borca görə və 100 manat ödənilmiş dövlət rüsumuna görə pul vəsaitinin ondan bir dəfəyə tutulması müəyyən edildiyindən, icra məmuru həmin pul vəsaitinin tam ödənilməsini tələb edir. Hazırda onun həmin məhkəmə qətnaməsini icra edərək, müəyyən edilmiş məbləği birdəfəyə ödəmək imkanı yoxdur. Bu onun övladlarının təminatını, onların maddi ehtiyaclarının ödənilməsini qeyri mümkün edər. Odur ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-159/2024 saylı icra sənədinin hissə-hissə, yəni hər ay 100 manat ödənilməsi ilə icra edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. . Məhkəmə iclasında borclu X7 ərizəsini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəçini dinləyərək və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, işdə olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)- 159/2024 saylı qətnaməsinə əsasən X4 iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11328 (on bir min üç yüz iyirmi səkkiz) manat 21 (iyirmi bir) qəpik əsas borc, 1579 (min beş yüz yetmiş doqquz) manat 79 (yetmiş doqquz) qəpik faiz borcu, 40 (qırx) manat cərimə borcu, cəmi 12948 (on iki min doqquz yüz qırx səkkiz) manat borc və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 (yüz) manat pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 yanvar 2003-cü il tarixli, 1 saylı qərarında göstərilmişdir ki, -məhkəmələrə tövsiyə edilsin ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, -məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə belə hesab edir ki, hazırkı vəziyyətdə qətnamənin hissə-hissə icra edilməsi məsələsinə baxılarkən tələbkarın qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Belə ki, qətnamənin icra edilməsi zamanı istər müddət, istərsə də icra olunacaq hissələrin məbləği və ya miqdarı məhkəmə tərəfindən müəyyən olunarkən ağlabatanlılıq və ədalət prinsipi rəhbər tutulmalı, eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qətnaməsinin qanuniliyi və səmərəliliyinə xələl gəlməsin. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdır. Məhkəmə belə hesab edir ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-159/2024 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinin təmin edilməsi həm Azərbaycan Respublikası MPM-in bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna təminat verən 4-cü maddəsinin, həm də MPM-nin hamının qanun və məhkəmə qarşısında bərabərlik prinsipini müəyyən edən 8-ci maddəsinin tələblərinə uyğun olmamaqla ədalət mühakiməsinin səmərəliliyinə xeyrinə qətnamə qəbul olunmuş tələbkarın inamının azalmasına səbəb olardı. Məhkəmə hesab edir ki, ərizəçi icra sənədi üzrə müəyyən edilmiş pul məbləğinin hər ay hissə-hissə olaraq ödənilməsini xahiş edərək, ərizənin təmini istiqamətində heç bir mötəbər sübuta söykənməyən formal dəlillər irəli sürmüşdür ki, buna görə də dövlətin adından qəbul edilən məhkəmə aktının icrasının məcburiliyi baxımından adıçəkilən dəlillər hazırkı ərizənin təmin edilməsinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-159/2024 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X13
Məhkəmə qərarları › İş №8(022)-73/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-73/2024
17.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver