Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-77/2025 18.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X7 məhkəmə-iclas katibliyi ilə, Biləsuvar Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(022)-85/2025 saylı qətnaməsində buraxılmış yanlışlığın aradan qaldırılması barədə məsələyə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X9 cavabdeh X5 qarşı “nikahın pozulması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(022)-85/2025 saylı qətnaməsi ilə X6 iddiası qismən təmin edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(022)-85/2025 saylı qətnaməsi “Elektron Məhkəmə” informasiya sisteminə yerləşdirildikdən və imzalandıqdan sonra həmin qətnamədə yanlışlıq aşkar edilmişdir. Belə ki, həmin qətnamənin əsaslandırma hissəsinin onuncu abzasına “hər ay” sözlərindən sonra “hər uşağa görə”, “qət etdi” hissəsinin dördüncü abzasında “hər ay” sözlərindən sonra “hər uşağa görə” sözləri əlavə edilməmişdir. 04 iyun 2025-ci il tarixdə ərizəçi X8 məhkəməyə müraciət edərək yanlışlığın aradan qaldırılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən məsələyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(022)-85/2025 saylı qətnaməsində buraxılmış yanlışlıq aradan qaldırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində baxılır və həll edilir. 228.3-cü maddəsinə əsasən düzəlişlər etmək barəsində məhkəmə qərardadından şikayət verilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(022)-85/2025 saylı qətnaməsində buraxılmış yanlışlıq aradan qaldırılmalı və həmin qətnamənin əsaslandırma hissəsinin onuncu abzasına “hər ay” sözlərindən sonra “hər uşağa görə” sözləri əlavə olunaraq həmin abzas hər ay, hər uşağa görə, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulmasının başlanğıcı 06 dekabr 2024-cü il tarixdən hesablanmalıdır” kimi, “qət etdi” hissəsinin dördüncü abzasında hər ay” sözlərindən sonra “hər uşağa görə” sözləri əlavə olunaraq “06 dekabr 2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 28 iyun 2021-ci il təvəllüdlü X10 və 04 avqust 2022ci il təvəllüdlü X1 üçün iddiaçı X3 cavabdeh X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa görə, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulsun” kimi oxunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228, 263, 264, 267, 268, 395 və 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(022)-85/2025 saylı qətnaməsində buraxılmış aşağıda göstərilən yanlışlıqlar aradan qaldırılsın: Biləsuvar Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(022)-85/2025 saylı qətnaməsinin əsaslandırma hissəsinin onuncu abzasına “hər ay” sözlərindən sonra “hər uşağa görə” sözləri əlavə olunaraq həmin abzas “hər ay, hər uşağa görə, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulmasının başlanğıcı 06 dekabr 2024-cü il tarixdən hesablanmalıdır” kimi, “qət etdi” hissəsinin dördüncü abzasında “hər ay” sözlərindən sonra “hər uşağa görə” sözləri əlavə olunaraq “06 dekabr 2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 28 iyun 2021-ci il təvəllüdlü X10 və 04 avqust 2022-ci il təvəllüdlü X1 üçün iddiaçı X3 cavabdeh X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa görə, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulsun” kimi oxunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №8(022)-77/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-77/2025
18.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver