Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-84/2024 24.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X6, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Biləsuvar rayon İcra və Probasiya şöbəsinin rəisi X7 Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-35/2024 saylı icra sənədinə izah verilməsi məsələsinə baxılmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar rayon İcra və Probasiya şöbəsinin rəisi X1 Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-35/2024 saylı icra sənədinə izah verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, Biləsuvar rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(022)-35/2024 saylı icra sənədinə əsasən Borclu Şəıhzadə oğlundan xx.xx.2014-cü il tarixdə doğlulmuş X3 və xx.xx.2017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa 140 (yüz qırx) manat olmaqla, cəmi ayda 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment Borclu alınaraq Tələbkar xeyrinə ödənilməlidir. Alimentin xx.xx.2014-cü il tarixdə doğlulmuş X8 aid hissədə tutulması xx.xx.2023-cü il tarixdən müəyyən edilmiş, xx.xx.2017-ci il tarixdə doğulmuş X9 aid hissədə isə alimentin tutulması uşağın atadan alınıb anaya verildiyi vaxtdan hesablanmalıdır. Lakin icra vərəqəsində uşağın atadan alınıb anaya verilməsi ilə bağlı heç bir qeyd aparılmamışdır. Odur ki, Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-35/2024 saylı icra sənədinə izah verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək, habelə icra işini nəzərdə keçirərək hesab edir ki, Biləsuvar rayon icra və probasiya şöbəsinin rəisi X11 tərəfindən verilmiş ərizə əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)- 35/2024 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında 24 aprel 2013-cü il tarixdə Biləsuvar rayon Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 nömrə ilə qeydə alınmış nikah pozulması, iddiaçı Tələbkar ilə cavabdeh Borclu birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğlulmuş X10 və xx.xx.2017-ci il tarixdə doğulmuş X4 anaları Tələbkar yanında saxlanılması, xx.xx.2017-ci il tarixdə doğulmuş X4 atası Borclu alınaraq anası Tələbkar verilməsi, xx.xx.2014-cü il tarixdə doğlulmuş X3 və xx.xx.2017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa 140 (yüz qırx) manat olmaqla, cəmi ayda 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin Borclu alınaraq Tələbkar verilməsi, xx.xx.2014-cü il tarixdə doğlulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin tutulması xx.xx.2023-cü il tarixdən müəyyən edilmiş və xx.xx.2017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin tutulması X4 atası Borclu alınaraq anası Tələbkar verildiyi vaxtdan hesablanması müəyyən edilmişdir. İş materiallarında olan Biləsuvar Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-35/2024 saylı il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 3-cü maddəsinin tələblərinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 14-cü bəndində göstərilir:- Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə belə hesab edir ki, Biləsuvar rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 2(022)-35/2024 saylı icra sənədi aydın və dəqiq olmaqla, ziddiyyətli olması səbəbindən icrasına maneçlik yaradan hər hansı söz və ifadələrdən istifadə edilməmişdir. Ona görə də Biləsuvar rayon İcra və Probasiya şöbəsinin rəisi X7 Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-35/2024 saylı icra sənədinə izah verilməsi məsələsinə baxılmasına dair ərizəsinin təmin edilməsi üçün hər hansı əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Biləsuvar rayon İcra və Probasiya şöbəsinin rəisi X7 Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-35/2024 saylı icra sənədinə izah verilməsinə dair ərizəsi rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X16
Məhkəmə qərarları › İş №8(022)-84/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-84/2024
24.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver