Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-87/2024 10.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(022)-74/2023 saylı qərardadı ilə Borclu məxsus «Mersedes Benz 190 minik» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsi barədə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(022)-74/2023 saylı qərardadı ilə Biləsuvar rayon icra şöbəsinin təqdimatı təmin edilərək Borclu məxsus «Mersedes Benz 190 minik» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. Biləsuvar Rayon İcra və Probasiya şöbəsi Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(022)-74/2023 saylı qərardadı ilə Borclu məxsus «Mersedes Benz 190 minik» markalı **-BX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Tələbkar ASC-nin nümayəndəsi X1 tərəfindən elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq işdə iştirak edə bilməyəcəklərini və Borclu banka olan borcu bağlandığı üçün əmlakın üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməlidir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1046/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular X2 və Borclu müştərək qaydada 1774,24 manat məbləğində pul vəsaiti və 37,72 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(022)-74/2023 saylı qərardadı ilə Borclu məxsus «Mersedes Benz 190 minik» markalı **-BX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(022)- 1046/2022 saylı icra sənədinə əsasən Borclu və X2 müştərək qaydada 1807 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi üzrə icra sənədi tam təmin olunduğundan icraata xitam verilmişdir. İş materiallarında olan Tələbkar ASC-nin elektron qaydada daxil olmuş ərizəsindən görünür ki, Borclu banka olan borcunu tamamilə ödəmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(022)-74/2023 saylı qərardadı ilə Borclu məxsus «Mersedes Benz 190 minik» markalı **-BX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(022)-74/2023 saylı qərardadı ilə Borclu məxsus «Mersedes Benz 190 minik» markalı **-BX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №8(022)-87/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-87/2024
10.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver