Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-94/2024 05.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, icra sənədini icra edən Biləsuvar Rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən X2 iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(022)-289/2024 saylı qətnaməsinin izah edilməsi barədə Biləsuvar Rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(022)-289/2024 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Maraqlı şəxs xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Neomberyan rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilmiş, bu barədə doğum haqqında şəhadətnamənin verilməsi Biləsuvar rayon Qeydiyyat Şöbəsinin həvalə edilmiş, Maraqlı şəxs doğum haqqında şəhadətnaməsində ata qrafasında “X10”, ana qrafasında “X4” qeyd edilməsi qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(022)-289/2024 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. 03 iyul 2024-cü il tarixdə Biləsuvar Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(022)-289/2024 saylı qətnaməsinə izah verilməsi barədə Biləsuvar Rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən X2 ərizəsi məhkəməyə daxil olmuşdur. S.Baloğlanlı ərizəsində göstərmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(022)-289/2024 saylı qətnaməsinin icrasında çətinliklər yaranmışdır. Belə ki, vətəndaş Maraqlı şəxs doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-289/2024 nömrəli qətnaməsinin icra olunması üçün Biləsuvar rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qətnamənin “qət etdi” hissəsində vətəndaş Maraqlı şəxs hansı soyadla doğum faktının müəyyən edilməsi və valideynlərinin milliyyəti barədə məlumat göstərilməmiş və bu hal qeyri-müəyyənlik yaratmışdır. Qətnamənin icra olunması üçün yuxarıda qeyd olunan məsələlər -doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında vətəndaşın soyadı və valideynlərinin milliyyəti barədə müvafiq izahın verilməsini ilə əlaqədar Biləsuvar Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(022)-289/2024 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasında S.Baloğlanlı ərizəsini müdafiə edərək, Biləsuvar Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(022)-289/2024 saylı qətnaməsinə izah verilməsini xahiş etdi. Məhkəmə icra sənədini icra edən orqanın nümayəndəsini dinləyərək, ərizəni və mülki iş materiallarını tədqiq edərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, icra mərhələsində yaranmış anlaşılmazlığın aradan qaldırılması məqsədilə Biləsuvar Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(022)-289/2024 saylı qətnaməsi izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə görə qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Mülki iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 07 may 2024cü il tarixli, 2(022)-289/2024 saylı qətnaməsi icra edilməmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci hissəsinə görə məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 216.2-ci maddəsinə əsasən məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Biləsuvar Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(022)-289/2024 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(022)-289/2024 saylı qətnaməsi ilə Maraqlı şəxs xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Neomberyan rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilmiş, bu barədə doğum haqqında şəhadətnamənin verilməsi Biləsuvar rayon Qeydiyyat Şöbəsinin həvalə edilmiş, Maraqlı şəxs doğum haqqında şəhadətnaməsində ata qrafasında “X10”, ana qrafasında “X4” qeyd edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ № 116374 saylı X6 görünür ki, X11 06 may 2016-cı il tarixdə Yıldırım Tahsin ilə Bakı Nikah evi Səadət sarayında rəsmi nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydələri kitabında 06 may 2016-cı il tarixdə 379 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 17 aprel 1956-cı il tarixli ZJ-882486 saylı X9 görünür ki, xx.xx.1939-cu ildə doğulmuş X3 atasının milliyyəti azərbaycanlı X16, anasının milliyyəti azərbaycanlı X17 olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 23 sentyabr 1935-ci il tarixli ZJ № 613375 saylı X9 görünür ki, xx.xx.1935-ci il tarixdə doğulmuş X5 atasının milliyyəti azərbaycanlı X12, anasının milliyyəti azərbaycanlı X18 olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin 21 aprel 2016-cı il tarixli 1395122-1216 saylı X7 verilmiş arayışında rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunda ona məxsus olan fərdi uçot kartoçkasında atası X10, anasının isə X1 qeyd edildiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(022)-289/2024 saylı qətnaməsinin icrası qaydasında Vəliyeva (Yıldırım) Ceyran Tapdıq qızının xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Neomberyan rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin, Vəliyeva (Yıldırım) Ceyran Tapdıq qızının doğum haqqında şəhadətnaməsində ata qrafasında mülliyəti azərbaycanlı “X10”, ana qrafasında milliyyəti azərbaycanlı “X4” qeyd edilməklə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263, 264, 267, 268, 395 və 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Biləsuvar Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(022)-289/2024 saylı qətnaməsi aşağıdakı qaydada izah edilsin: Biləsuvar Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(022)-289/2024 saylı qətnaməsinin icrası qaydasında Vəliyeva (Yıldırım) Ceyran Tapdıq qızının xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Neomberyan rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin, Vəliyeva (Yıldırım) Ceyran Tapdıq qızının doğum haqqında şəhadətnaməsində ata qrafasında milliyyəti azərbaycanlı “X10”, ana qrafasında milliyyəti azərbaycanlı “X4” qeyd edilməklə izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: N.F. Mirzəyev
Məhkəmə qərarları › İş №8(022)-94/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-94/2024
05.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver