Məhkəmə qərarları › İş №8(022)-99/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(022)-99/2025

16.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(022)-99/2025 16.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(022)-318/2025 saylı qətnaməsinə izah verilməsi barədə Biləsuvar rayon Qeydiyyat Şöbəsinin ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Biləsuvar rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən X4 ərizə ilə müraciət edərək Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(022)-318/2025 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, vətəndaş X1 ölüm faktının müəyyən edilməsi haqqında Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(022)-318/2025 saylı qətnaməsinin “qət etdi” hissəsində ölən şəxs S.Heydərovanın doğum yeri Biləsuvar rayonu Nəsimi kəndi göstərilmişdir.Lakin həmin şəxsin doğum yerinin Yardımlı rayonu Zenqaran kəndi olduğu müəyyən edilmişdir.Ölən şəxs S.Heydərovanın doğum yeri barədə müvafiq izahın verilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(022)-318/2025 saylı qətnaməsindən görünür ki, 01 yanvar 1980-ci il tarixdə Biləsuvar rayonu Nəsimi kəndində anadan olmuş X1 10 fevral 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu Binə südçülük qəsəbəsində vəfat etməsi faktı müəyyən edimişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 230.1-ci maddəsinə görə işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. MPM-in 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatları barədə elektron çıxarışdan görünür ki, X3 xx.xx.1980-ci il tarixdə Yardımlı rayonu Zenqaran kəndində anadan olmuş və Cəbrayıl rayonu B.Mərcanlı kəndində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, Biləsuvar rayon X2 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(022)-318/2025 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Biləsuvar rayon Qeydiyyat Şöbəsinin ərizəsi təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(022)-318/2025 saylı qətnaməsinin «qət etdi» hissəsində 01 yanvar 1980-ci il tarixdə Biləsuvar rayonu Nəsimi kəndində anadan olmuş X1 10 fevral 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu Binə südçülük qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin sözləri “01 yanvar 1980-ci il tarixdə Yardımlı rayonu Zenqaran kəndində anadan olmuş X1 10 fevral 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu Binə südçülük qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin» kimi oxunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar