Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-1/2024 07.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Rəsulov Zamiq Akif oğlu sədrliyi Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə X1 Qazax Rayon Məhkəməsinin 2(023)-370/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində Qazax Rayon Məhkəməsinin 2(023)-370/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında ondan 3455 manat pul vəsaiti alınaraq Tələbkar ödənilməsi qət edilmiş qətnaməsinə əsasən onun maddi vəziyyətinin ağır olduğu üçün hər ay 300 manat hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 xx.xx.2023-cü il tarixdə məhkəməyə səhətindəki problemlərlə bağlı məhkəməyə gəlmədiyi üçün işə baxılıb qərar verilməsini xahiş etmişdir . Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə borclu və tələbkarın iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X1 ərizəsinin məzmunundan görünür ki, o, icra sənədinin hissə-hissə icra olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun normasının məzmunundan göründüyü kimi, qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan qanunun normasına görə qətnamənin hissə-hissə icra olunarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinin təmin olunması uzun müddətdir ki, qət edilmiş borcunu ala bilməyən tələbkarın bundan sonra da həmin pula dair mülkiyyət hüququnu həyata keçirməklə bağlı qeyri-müəyyən vəziyyətə salır və tələbkarın Azərbaycan Respublikası Konstitusiyası və «İnsan Hüquqlarının və X5 haqqında» Avropa Konvensiyası ilə təsbit olunmuş mülkiyyət hüququnun pozulması və öz hüquqlarını reailizə etmək imkanından məhrum olunması ilə nəticələnməsinə gətirib çıxarmasına səbəb olardı. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X1 icra sənədlərinin hissəhissə icra olunmasına dair ərizəsinin təmin ounması uzun müddət qət edilmiş borcunu ala bilməyən tələbkarın hüquqlarının pozulması ilə nəticələndiyindən ərizə təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 Qazax Rayon Məhkəməsinin 2(023)-370/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsi təmin edilməsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №8(023)-1/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-1/2024
07.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver