Məhkəmə qərarları › İş №8(023)-101/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-101/2023

07.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-101/2023 07.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi Tələbkarlar Tələbkar3 və Tələbkar2 iştirakları ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cavid İmranlı təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 1(023)-23/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(023)-213/2022, xx.xx.2022-ci il tarixli və 2(023)-66/2023, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 1(023)-23/2021 saylı, xx.xx.2021-cü il tarixli icra sənədinə əsasən Borclu 4000 manat pul alınıb Tələbkar2 ödənilməlidir. Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-213/2022, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 5000 manat pul alınıb Tələbkar1 ödənilməlidir. Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-66/2022, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 7090 manat pul alınıb Tələbkar3 ödənilməlidir. Qeyd olunan icra sənədi Qazax Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı qiymətli əmlak aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədlərinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Tələbkar3 izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar2 zahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borcluvə icra məmuru və məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 21(023)-23/2021 saylı, xx.xx.2021-cü il tarixli icra sənədinə əsasən Borclu 4000 manat pul alınıb Tələbkar2, 2(023)-213/2022, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 5000 manat pul alınıb Tələbkar1, 2(023)-66/2022, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 7090 manat pul alınıb Tələbkar3 ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərin surətindən görünür ki, Borclu Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 21(023)- 23/2021 saylı, xx.xx.2021-cü il tarixli, 2(023)-213/2022, xx.xx.2022-ci il tarixli, 2(023)- 66/2022, xx.xx.2023-cü il tarixli icra sənədlərində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş borcun məbləğini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 1(023)-23/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(023)-213/2022, xx.xx.2022-ci il tarixli və 2(023)-66/2023, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu –xx.xx.1969-cu il təvəllüdlü, Qazax şəhəri, Şəhidlər Xiyabani küç ev 17-də yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qazax Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar