Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-103/2025 01.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş «borclunun əmlakı üzərinə həbs qoyulması barədə» təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-35/2024-028 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu XXX məxsus olan "X1 3" minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatda qeyd edilmişdir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-35/2024-028 saylı icra sənədinə əsasən Borclu 10000 manat pul və 120 manat dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Qazax rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu XXX icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu XXX məxsus olan "X1 3" minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə əsasən Borclu XXX məxsus "X1 3" minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş edimişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)- 35/2024-028 nömrəli icra sənədinin surətindən görünür ki, Borclu 10000 manat pul və 120 manat dövlət rüsumu alınaraq Tələbkar verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)- 35/2024-028 nömrəli icra sənədinin icrası üzrə icraata başlanılmışdır. İşdə olan Borclu XXX ünvanlanmış xx.xx.2025-ci tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Borclu XXX icra sənədində göstərilən tələbi könüllü icra etmək üçün 10 gün müddətində vaxt verilmişdir. Təqdimata əlavə edilmiş «Elektron İcra sistemi» məlumatlarından görünür ki, "X1 3" minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobildir. Borclu XXX mülkiyyətindədir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Borclu tərəfindən tələb könüllü icra edilmədiyindən məhkəmə hesab edir ki, icra vərəqəsinin icrasını təmin etmək üçün təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-35/2024-028 nömrəli icra sənədi üzrə Borclu XXX mülkiyyətində olan "X1 3" minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillin üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-103/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-103/2025
01.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver