Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-104/2023 20.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, iddiaçı X1 cavabdehlər X8 və X9 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə X6 əmlakı üzərindən həbsin götürülməsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 məhkəmədə iddia qaldıraraq, onunla X12, X8 və X13 arasında, Qazax Rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli, 10 nömrəli qərarına əsasən torpağa mülkiyyət hüququna dair Dövlət Aktıyla (JN-788, KOD ********) Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən 0,60 ha (5961 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 24 oktyabr 2004-cü il tarixdə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 ərizə ilə müraciət edərək iddianın təmin etmək üçün tədbirlər görülməsi qaydasında X12, X8 və X6 adına olan Qazax Rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997ci il tarixli, 10 nömrəli qərarına əsasən torpağa mülkiyyət hüququna dair Dövlət Aktıyla (JN-788, KOD ********) Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən 0,60 ha (5961 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli 2(023)-2666/2016 saylı qərardadına əsasən X1 ərizəsi təmin edilmiş, X12, X8 və X6 adına olan, Qazax Rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli, 10 nömrəli qərarına əsasən torpağa mülkiyyət hüququna dair Dövlət Aktıyla (JN-788, KOD ********) Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən 0,60 ha (5961 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuş, qərardadın dərhal icra edilməsi, qərardadın icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(023)-83/2021 saylı qətnaməsinə əsasən iddiaçı X2 bizə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilərək, Qazax rayonu Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən mənim, atam X7 və anam X5 mülkiyyətinə verilmiş (JN-788 KOD 50104028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı), Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən 0,60 ha (5961 kvm) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 24 oktyabr 2004-cü il tarixli akt əsasında X4 ilə bizim aramızda alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(104)-2515/2021 saylı qətnaməsinə əsasən tərəfimizdən verilmiş apellyasiya şikayəti təmin edilərək, Qazax rayon məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(023)-83/2021 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X2 bizə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. X13 ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayonu Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən JN-788 KOD 50104028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətimizə verilmiş, Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən 0,60 ha (5961 kvm) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair Qazax Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli 2(023)-532/2020 saylı qərardadının ləğv olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 157-162-ci maddələrini rəhbər tutuaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Qazax Rayon Məhkəməsinin Qazax Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli, 2(023)-532/2020 saylı qərardadı ləğv edilsin. X12, X8 və X6 adına olan, Qazax Rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli, 10 nömrəli qərarına əsasən torpağa mülkiyyət hüququna dair Dövlət Aktıyla (JN-788, KOD ********) Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən 0,60 ha (5961 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən : Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-104/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-104/2023
20.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver