Məhkəmə qərarları › İş №8(023)-107/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-107/2025

08.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-107/2025 08.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş «borclunun əmlakı üzərinə həbs qoyulması barədə» təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, borclu X4 məxsus olan Qazax rayonu Ağköynək yaşayış massivində 0.06 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatda qeyd edilmişdir ki, Qazax rayon icra və probasiya şöbəsinin icraatında olan Qazax rayon məhkəməsin 2(023)-1106 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X1 Ruslan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 10 oktyabr 2019-cu il tarixdən başlayaraq ayda 100 manat aliment pulu alınıb tələbkar X5 xeyrinə ödənilməlidir. Hazırda icra sənədi üzrə aliment borcu 2880 manat təşkil edir. Qazax Rayon Məhkəməsinin 2(023)-444 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu qətnamə qanuni quvvəyə mindiyi tarixdən başlayaraq, 20 iyul 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 180 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixli qərarla icraata qəbul edilərək icraya yönəldilmişdir. Aparılmış icra tədbirləri zamanı məlum olmuşdur ki, Borclurn məxsus Qazax rayonu, Ağköynək yaşayış massivində 0.06 torpaq sahəsi aşkar edilmişdir. Göstərilənlərə əsasən X4 məxsus Qazax rayonu Ağköynək yaşayış massivində 0.06 ha torpaq sahəsinin üzərinə üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş edimişdir. Borclu X6 əvvəlki məhkəmə iclasına ərizə ünvanlayaraq göstərmişdir ki, təqdimatla tanış olan zaman onun aliment borcunun yüksək miqdarda göstərildiyi müəyyən edilmişdir. Onun göstərilən miqdarda borcu yoxdur. Bu barədə Qazax rayon İcra və Probasiya şöbəsinə müraciət edərək borcunun rəsmi qaydada ona verilməsini xahiş etsə də, onlar ona sözügedən məsələnin araşdırıldığını, borcunun təqdimatda göstərilən qədər deyil az olduğunu qeyd etmişdir. Həmin arayış ona hazırki vaxtadək verilməmiş və onun borcu şişirdilərək təqdimatda qeyd edilmişdir. O heç vaxt aliment borcunu ödəməkdən yayınmamış və daimi olaraq ödənişlərimi edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Qazax Rayon Məhkəməsi 2(023)-444/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, Qazax Rayon Məhkəməsi 2(023)-1106/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnanəsi ilə tutulan aliment miqdarı dəyişdirilərək, Borclu qətnamə qanuni quvvəyə mindiyi tarixdən başlayaraq Ruslan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 180 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Qazax Rayon Məhkəməsi 2(023)-444/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin icra edilməməsi ilə əlaqədar məsuliyyəti izah olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli izahatından görünür ki, Borclu aliment öhdəliyi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsində izahat vermişdir. Təqdimata əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin 0551 saylı çıxarışının surətindən görünür ki, Qazax rayonu Ağköynək yaşayış massivində **********38 reyestr nömrəkli, ********** qeydiyyat nömrəli, 0.06 ha torpaq sahəsi X3 mülkiyyətindədir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Borclu tərəfindən tələb könüllü icra edilmədiyindən məhkəmə hesab edir ki, icra vərəqəsinin icrasını təmin etmək üçün təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsi 2(023)-444/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan Qazax rayonu Ağköynək yaşayış massivində **********38 reyestr nömrəkli, ********** qeydiyyat nömrəli, 0.06 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar