Məhkəmə qərarları › İş №8(023)-108/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-108/2025

30.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-108/2025 30.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi İcra şöbəsinin rəisi X1 Tələbkar iştirakları ilə icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Qazax Rayon İcra və Probasiya şöbəsinin təqdimatının müzakirəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Qazax Rayon Məhkəməsinin 2(023)-834/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2014-cü ildə anadan olmuş Ayşən və xx.xx.2018-ci ildə anadan olmuş Aytac adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda hər uşağa 120 manat, cəmi 240 manat miqdarında aliment tutularaq Tələbkar ödənilməlidir. Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla müraciət edərək göstərmişdir ki, icra sənədi üzrə Borclu əmlaklarının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün icra tədbirlərinin heç bir nəticə vermədiyini, borclunun ölkədən getməsi ilə əlaqədar icra sənədinin icra edilməsində ciddi çətinliklərin yaranacağını nəzərə alaraq “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə borclunun məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə borclunun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş, Qazax Rayon Məhkəməsinin 2(023)-834/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu xx.xx.2014-cü ildə anadan olmuş Ayşən və xx.xx.2018-ci ildə anadan olmuş Aytac adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda hər uşağa 120 manat, cəmi 240 manat miqdarında aliment tutularaq Tələbkar ödənilməlidir. xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Qazax Rayon Məhkəməsinin 2(023)-834/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan, Qazax Rayon Məhkəməsinin 2(023)-834/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra sənədinin materiallarından müəyyən edilir ki, Borclu borcunu ödəməsi barədə izahatı alınmış, bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq, Borclu aliment borcunu könüllü ödəməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikasının MPM-nin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibatiiqtisadi məhkəməi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə, Qazax Rayon Məhkəməsinin 2(023)-834/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyini nəzərə alaraq hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-834/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar