Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-11/2024 21.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi və İcra məmuru X1 iştirakı ilə icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e-2(023)-1292/2023 nömrəli icra vərəqəsinə əsasən Borclu 2209,85 manat əsas, 242,83 manat faiz, cəmi 2452,68 manat borcun və ödənilmiş 44,53 manat borcu cavabdehdən tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e-2(023)- 1292/2023 nömrəli icra vərəqəsinin icrası zamanı icra məmuru Cavid İmranlı təqdimatla məhkəməyə müraciət edərək, qeyd olunan icra vərəqəsi üzrə, təqdimata əlavə edilmiş Borclu adına Qazax rayonu, Qazaxbəyli kəndində 0,08 ha həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulmasını və tələbin əmlaka yönəldilməsi barədə təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cavid İmranlı təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cavid İmranlının izahatını dinləyib hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. İş materiallarında olan, DƏDRX-nin 15 saylı Əİ-nin xx.xx.2023-cü il tarixli sorğu cavabına əsasən Borclu adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarxdə Qazax rayonu, Qazaxbəyli kəndində 0,08 ha həyətyanı, yaşayış məntəqələrinin torpaq sahəsi qeydə alınmışdır. Belə ki, iş materiallarında olan, xx.xx.2023-cü il tarixli İcraata başlama haqqında qərardadn görünür ki, Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e-2(023)-1292/2023 nömrəli icra vərəqəsinə əsasən Borclu 2209,85 manat əsas, 242,83 manat faiz, cəmi 2452,68 manat borcun və ödənilmiş 44,53 manat borcu cavabdehdən tutularaq Tələbkar ASC-nin xeyrinə verilməsi qət edilməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan, Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2023cü il tarixli e-2(023)-1292/2023 nömrəli icra vərəqəsinə əsasən Qazax Rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra sənədinin materiallarından müəyyən edilir ki, Borclu kredit borcunu ödəməsi barədə bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq, Borclu borcunu könüllü ödəməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat qismən təmin edilsin. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e-2(023)-1292/2023 nömrəli icra sənədi üzrə Borclu adına Qazax rayonu, Qazaxbəyli kəndində 0,08 ha həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən : Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-11/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-11/2024
21.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver