Məhkəmə qərarları › İş №8(023)-111/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-111/2025

10.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-111/2025 10.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Tələbkar X1 iştirakı ilə, İcra sənədi üzrə Borclu Qazax Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(023)324/2023 nömrəli qətnaməsi və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-324/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(023)324/2023 nömrəli qətnaməsi və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-324/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş24583 manat borcun hər ay 200 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Qazax Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(023)324/2023 nömrəli qətnaməsi ilə Qazax rayonu, Orta salahlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində tərəflərin nikah dövründə birgə vəsaitləri hesabına inşa edilmiş, hazırda cavabdehin yaşadığı və istifadəsində olan fərdi yaşayış evinin və yardımçı sahələrin tikilməsinə xərclənmiş 35871,0 manat xərcin yarısını təşkil edən 17935,5 (on yeddi min doqquz yüz otuz beş manat əlli qəpik) manat pul Borclu alınıb Nəsibova (Qocayeva) Gülarə Bəziryan qızına verilməsi, Borclu birgə nikah dövründə əldə edilmiş 3 baş inək və 3 baş danadan ibarət 6 (altı) baş iri buynuzlu mal-qaranın ½ hissəsi, özləri olmadıqda isə onların dəyərinin yarısını təşkil edən 3.150 (üç min yüz əlli) manat pul alınıb Nəsibova (Qocayeva) Gülarə Bəziryan qızına verilməsi, Borclu 900 manat dəyərində 585 əyyarlı, çəkisi 10 qram olan qızıl sırğa-üzük dəsti, 1360 manat dəyərində 585 əyyarlı, çəkisi 16 qram olan qızıl boyunbağı-klon dəsti, 1 ədəd 585 əyyarlı, 540 manat dəyərində çəkisi 6 qram olan qızıl qolbağı, 260 manat dəyərində 585 əyyarlı, çəkisi 3 qram olan qızıl üzük, 300 manat dəyərində 585 əyyarlı, çəkisi 3,5 qram olan qızıl üzükdən ibarət qızıl-zinət əşyaları, həmin əşyaların özləri olmadıqda isə onların ümumi dəyəri 3.360 (üç min üç yüz altmış) manat pul alınıb Nəsibova (Qocayeva) Gülarə Bəziryan qızına verilsin. Borclu 163,34 (bir yüz altmış üç manat 34 qəpik) manat dövlət rüsumu və 25 (iyirmi beş) manat mediasiya xərci alınıb Nəsibova (Qocayeva) Gülarə Bəziryan qızına verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə Qazax Rayon Məhkəməsinin qətnaməsini qismən dəyişdirərək, 3150 manat pulu nəticə olaraq 3100 manat müəyyən etmişdir. Ümumilikdfə onun tələbkara 24583 manat borcu yaranmışdır. Mülkiyyətində heç bir əmlakı olmadığından həmin məbləği birdəfəyə ödəyə bilmir və qətnaməni icra etmək iqtidarında deyil. Hazırda daimi iş yeri yoxdur, fəhlə işləyir, himayəsində azyaşlı uşağı vardır, eyni zamanda tələbkara aliment də ödəyir. Buna görə də qətnaməni birdəfəyə icra edə bilmir. Qətnamə ilə müəyyən edilmiş borcu hər ay 200 manat olmaqla hissə-hissə ödənilməsini təmin edə bilər. Qeyd olunan problemlərlə bağlı o ikinci ailəsindən də ayrılmışdır və azyaşlı uşağı onun himayəsinə verilmişdir və tək ata olaraq uşağını böyüdür. Məhkəmə iclasında tələbkar X2 ərizəyə etiraz edərək, təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-324/2024 saylı qətnaməsinin icra vərəqəsindən görünür ki, Qazax Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(023)324/2023 nömrəli qətnaməsi qismən – Borclu birgə nikah dövründə əldə edilmiş 3 baş inək və 3 baş danadan ibarət 6 (altı) baş iri buynuzlu mal-qaranın ½ hissəsi, özləri olmadıqda isə onların dəyərinin yarısını təşkil edən 3.150 (üç min yüz əlli) manat pul alınıb Nəsibova (Qocayeva) Gülarə Bəziryan qızına verilməsi hissəsində dəyişdirilərək, Borclu birgə nikah dövründə əldə edilmiş 2 baş inək və 1 baş dana naturada, bu mümkün olmadıqda isə onların dəyəri olan 3100 manat pul alınıb Nəsibova (Qocayeva) Gülarə Bəziryan qızına verilməsi qət edilmişdir. Məhkəmə tələbkarı dinləyib hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, məhkəmənin qətnaməsi ilə ərizəçidən tutulmalı olan məbləğ 24583 manatdır. Ərizəçi isə həmin borcdan hər ay cəmi 200 manat məbləğində pul ödəyə biləcəyini bildirmişdir. Bu da qətnamənin icrasının uzun müddət uzadılması deməkdir. Tərəflər arasındakı mübahisənin 2023-cü ildən davam etməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin isə xx.xx.2024-cü ildə qəbul edildiyini nəzərə aldıqda borclunun mübahisənin yarandığı vaxtdan iki ilə yaxın, yekun məhkəmə qətnaməsinin çıxarıldığı vaxtdan isə bir ildən artıq ötməsinə baxmayaraq qətnamənin icrası ilə bağlı real addımlar atmadığı aydın görünür. Həmçinin, qətnamənin hissə-hissə icra edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş halların olmasına dair borclu tərəfindən heç bir sübut təqdim edilməmişdir. Digər tərəfdən borclu 24583 manat pulu hər ay 200 manat olmaqla hissə-hissə ödəmək istədiyini bildirmişdir ki, bu da qətnamənin həmin qaydada icra olunması zamanı tələbkarın mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxaracaqdır. Buna görə də ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Borclu Qazax Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(023)324/2023 nömrəli qətnaməsi və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)- 324/2024 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar