Məhkəmə qərarları › İş №8(023)-112/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-112/2023

30.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-112/2023 30.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Qazax Rayon Məhkəməsinin 2(023)-758 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus avtomobil üzərinə həbs qoyulmasına dair Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-758 saylı,xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan “BMW” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin 2(023)-758 saylı,xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu 990 manat və 31 manat dövlət rüsumu alınıb Tələbkar oğluna ödənilməlidir. İcra sənədinin icrasının könüllü təmin olunması məqsədi ilə 10 gün müddətində vaxt verilmişdir.Lakin borclu bu günə tələbi könüllü icra etməmişdir. Borclunun yaşadığı ünvanı və ona məxsus əmlakı müəyyən etmək məqsədi ilə məcburi icra tədbirləri həyata keçirilərək Borclu adına əmlakın olub-olmaması barədə müvafiq təşkilatlara sorğular edilmişdir. Aparılmış icra tədbirləri nəticəsində Borclu adına “BMW” minik markalı, **-DT-*** dövlət nişanlı avtomaşın qeydiyyatda olması məlum olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, təqdimata əlavə olunmuş Qazax Rayon Məhkəməsinin 2(023)-758 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu icra sənədi üzrə Borclu 990 manat və 31 manat dövlət rüsumu alınıb Tələbkar oğluna ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, borcluya tələbin könüllü icrası barədə bildiriş rəsmi qaydada təqdim edilmişdir. Həmçinin icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti orqanlara sorğular edilmiş və aparılmış icra tədbirləri nəticəsində Borclu mülkiyyətində ““BMW” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobil üzərinə həbs qoyulmalı və təqdimat təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərаrаaldı: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-758 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələb Borclu mülkiyyətində olan “BMW” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməklə, həmin avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar