Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-116/2023 12.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa оğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1, Borclu iştirakları ilə, Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-742 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu məxsus “VAZ 21063” minik markalı, **-BM-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-742 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Borclu Zəhra və Cəmilə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 260 manat aliment pulu alınıb tələbkar X3 ödənilməlidir. İcra sənədinin icrasını könüllü təmin olunması məqsədi ilə Borclu 10 gün müddətində vaxt verilmişdir. Lakin, borclu tələbi könüllü icra etməmişdir. Bu səbəbdən də məcburi icra tədbirləri həyata keçirilərək Borclu adına əmlakın olub olmaması barədə müvafiq təşkilatlara sorğular edilmiş və sorğuya cavabında Borclu adına “VAZ 21063” minik markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyatda olması məlum olmuş və Qazax Rayon Məhkəməsinin 8(023)-64/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu “VAZ 21063” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar X2 xx.xx.2023-cü il tarixli məktubundan icra sənədi üzrə borcun tam olaraq ödənildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatın təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu təqdimatın təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmişdir.Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-742 saylı xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Zəhra və Cəmilə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 260 manat aliment pulu alınıb tələbkar X3 ödənilməlidir. İş materiallarında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli 8(023)-64/2022 saylı qərardaddan görünür ki, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-742 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək üçün, Borclu məxsus “VAZ 21063” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X4 tərəfindən Qazax Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Borclu X3 olan borcu tam ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulmasına səbəb olan əsaslar aradan qalxdığından, verilmiş təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu məxsus “VAZ 21063” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Qazax rayon Məhkəməsinin 2(023)-742 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu məxsus “VAZ 21063” minik markalı, **-BM-*** qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-116/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-116/2023
12.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver