Məhkəmə qərarları › İş №8(023)-124/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-124/2023

14.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-124/2023 14.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa оğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Qazax Rayon Məhkəməsinin 2(023)-1719/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu X2 “əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon Məhkəməsinin 2(023)-1719/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Əsgərov Elşən Əsgər oğlu ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin qərardadına əsasən ona məxsus Qazax şəhəri, Ə.Şıxlinski küçəsi 1-ci döngə 12 nömrəli evin və ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair Qazax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(023)-1719/2021 saylı qərardadının ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(023)-1719/2021 saylı qərardadına əsasən Əsgərov Elşən Əsgər oğlu və X1 ərizəsi təmin edilərək, Qazax şəhəri, Ə.Şıxlinski küçəsi 1-ci döngə 12 nömrəli evin və ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Qazax Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(023)-194/2022 saylı qətnaməsinə əsasən iddiaçılar Əsgərov Elşən Əsgər oğlu və X1 ona qarşı “alqı-satqı müqaviləsinin ləğvi” tələbinə dair iddiası rədd olunmuşdur.Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-590/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar Əsgərov Elşən Əsgər oğlu və X1 apellyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(023)-194/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2815/2023 nömrəli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-590/2023 nömrəli iş zrə xx.xx.2023-cü il tarixli qətnaməsinin iddiaçı X4 aid hissədə dəyişiklik edilmədən saxlanılması, iddiaçı Əsgərov Elşən Əsgər oğlunun kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Lakin mülkiyyətində olan Qazax şəhəri, Ə.Şıxlinski küçəsi 1-ci döngə 12 nömrəli evin və ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməmişdir. Belə olduğu halda hesab edir ki, mülkiyyətində olan Qazax şəhəri, Ə.Şıxlinski küçəsi 1-ci döngə 12 nömrəli evin və ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair Qazax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(023)-1719/2021 saylı qərardadının ləğv olunması barədə qərardad çıxmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qazax Rayon Məhkəməsinin 2(023)-1719/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, X3 məxsus Qazax şəhəri, Ə.Şıxlinski küçəsi 1ci döngə 12 nömrəli evin və ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)-194/2022 saylı qətnaməsindən görünür ki, iddiaçılar Əsgərov Elşən Əsgər oğlu və X1 cavabdeh X3 qarşı alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)- 590/2023 saylı qətnaməsindən görünür ki, iddiaçılar Əsgərov Elşən Əsgər oğlu və X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 21 noyabr 2021-ci il tarixli 2(023)-194/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 18 sentyabr 2023-cü il tarixli 2(102)-2815/2023 saylı qətnaməsinə əsasən iddiaçılar Əsgərov Elşən Əsgər oğlu və X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 590/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-in 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakının özgəninkiləşdirilməsinin qadağan edilməsi üçün əsaslar aradan qalxdığından, ərizə təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-1719/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə X3 məxsus Qazax şəhəri, Ə.Şıxlinski küçəsi 1-ci döngə 12 nömrəli evin və ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair Qazax Rayon Məhkəməsinin 2(023)-1719/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar