Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-125/2023 14.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1(037)-37/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu əmlakın üzərinə həbs qoyulmasına dair Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatla məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1(037)-37/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu aid hissədə Qazax rayonu Ağköynək kəndində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(037)-37/2023 saylı icra sənədinə əsasən Borclu 32.174 manat alınıb Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Qazax Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu aid hissədə Qazax rayonu Ağköynək kəndində 0.04 ha torpaq aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1(037)-37/2023 saylı icra vərəqəsindən görünür ki Borclu 32.174 manat alınıb Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, borcluya icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Həmçinin icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti orqanlara sorğular edilmiş və aparılmış icra tədbirləri nəticəsində Borclu aid hissədə Qazax rayonu Ağköynək kəndində 0.04 ha torpaq aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədinin icraya yönəldiyi müddət ərzində lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus torpaq sahəsi üzərinə həbs qoyulmalı, verilmiş təqdimat təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərаrаaldı: Təqdimat təmin edilsin. İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1(037)-37/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu aid hissədə Qazax rayonu Ağköynək kəndində yerləşən 0.04 ha torpaq sahəsi üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-125/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-125/2023
14.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver