Məhkəmə qərarları › İş №8(023)-128/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-128/2023

25.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-128/2023 25.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi və İcra şöbəsinin rəisi X1 iştirakı ilə icra sənədi üzrə borclunun əmlakı üzərindən həbsin götürülməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 8(023)-55/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ-21061” markalı **-BX-*** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə həbs qoyulması qərar alınmışdır. Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-2814 saylı, 16 noyabr 2016-cı il tarixli məhkəmə əmrinə əsasən Borclu 813,81 ABŞ dolları və 20 manat dövlət rüsumu alınıb tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla müraciət edərək göstərmişdir k, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-2814 saylı, 16 noyabr 2016-cı il tarixli məhkəmə əmrinə əsasən Borclu məxsus “VAZ-21061” markalı **-BX-*** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan, BOKT "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 980 nömrəli məktubundan görünür ki, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-2814 saylı, 16 noyabr 2016-cı il tarixli məhkəmə əmrinə əsasən ilə Borclu onlara olan qalıq qalan borc hissəsi borclu tərəfindən tam ödənildiyinə görə həmin icra sənədi üzrə görülmüş bütün məcburi icra tədbirlərinin ləğv edilməsini, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə icra şöbəsinin rəisinin izahatını dinləyib, təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, tələbkar BOKT "xxxx" ASC-nin Qazax Rayon İcra və Probasiya Şöbəsinə təqdim etdiyi məktununa müəyyən olunur ki, Borclu onlara olan borcunu tam ödədiyinə görə, onun barəsində olan qərardadın ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 8(023)-55/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadına əsasən Borclu adına qeydə alınmış “VAZ-21061” markalı **-BX-*** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 8(023)-55/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ-21061” markalı **-BX-*** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar