Məhkəmə qərarları › İş №8(023)-129/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-129/2023

25.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-129/2023 25.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Akif qızının katibliyi və İcra şöbəsinin rəisi X1 iştirakları ilə icra sənədi üzrə borclunun əmlakın üzərinə həbs qoyulmasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Qazax rayon icra və probasiya şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-639/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu və X2 müştərək qaydada 1667 manat kredit borcu və ödənilmiş 38 manat dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdi . İcra sənədi xx.xx.2023-cü il tarixli qərarlarla icraata qəbul edilərək icraya yönəldilmişdir. Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-639/2023 saylı, xx.xx.2023-cü il tarixli saylı icra vərəqələrinin icrası zamanı icra və probasiya şöbəsinin icra şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək, qeyd olunan icra vərəqəsi üzrə icranı təmin etmək üçün Borclu məxsus “FORD TRANSİT” markalı 35 BL165 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə icra şöbəsinin rəisinin izahatını dinləyib, təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan, Nəqliyyat məlumatları barədə elektron sistemə əsasən Borclu məxsus “FORD TRANSİT” markalı 35 BL165 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mövcud olması qeyd edilmişdir. İş materiallarında olan, icra məmuru Tural Nəbiyevin Borclu ünvanladığı bildirişlərin surətindən müəyyən olunur ki, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)- 639/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin Qazax rayon icra şöbəsində icraatı balanılmış icra sənədində göstərilən tələbi icra etməsi üçün Borclu 10 gün müddətinə vaxt verilmişdir. Belə ki, təqdimata əlavə edilmiş, Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il icraata başlamaq haqqında qərarın surətindən müəyyən olunur ki, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-639/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu və X2 müştərək qaydada 1667 manat kredit borcu və ödənilmiş 38 manat dövlət rüsumu tutulub "xxxx" MMC-yə verilməsi qət edilməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra sənədi üzrə Borclu məxsus “FORD TRANSİT” markalı ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən : Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar