Məhkəmə qərarları › İş №8(023)-135/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-135/2025

25.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-135/2025 25.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlu, Tələbkar tərəfindən verilmiş “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizənin məhkəmə icrааtının mümkünlüyü məsələsinə Qazax Rayon Məhkəməsinin inzibati binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, məhkəmə müəyyən etdi: Tələbkar məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)- 925/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinin indeksləşdirilməsini xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə qanunvericilikdə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, Tələbkar hazırkı ərizəsinə yalnız məhkəmə əmrinin kserosurətini əlavə etmiş, həmin əmrin qüvvədə olub-olmaması, icraya yönəldilib-yönəldilməməsi, borcun ödənilib ödənilməməsi, yaxud əmrdə qeyd olunan borcun icrası vəziyyətini əks etdirən sübutları təqdim etməmişdir. Bununla da ərizədə qeyd olunan məsələyə hazırkı vəziyyətdə baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu səbəbdən ərizə geri qaytarılmalı, ərizəçiyə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkar “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsi geri qaytarılsın. İzah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar