Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-148/2025 19.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1019/2024 saylı icra sənədi üzrə tələbkar X1 Qazax rayon İcra və probasiya Şöbəsinin icra məmurunun hərəkətsizliyindən şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1019/2024 saylı qətnaməsi ilə, Borclu 10320 manat məbləğində pul alınaraq X2 ödənilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1019/2024 saylı qətnaməsi qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Qazax rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. Hazırda icra sənədi üzrə tələbkar X3 icra sənədinin icrası üzrə Qazax rayon İcra və probasiya Şöbəsinin icra məmurunun hərəkətsizliyindən şikayət verərək, icra sənədi üzrə borc məbləğinin borclu tərəfindən ödənilməsi üçün məcburi icra hərəkətlərinin həyata keçirilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1019/2024 saylı qətnaməsi ilə, Borclu 10320 manat məbləğində pul alınaraq X2 ödənilməsi qərara alınmışdır. Qətnamə əsasında xx.xx.2024-cü il tarixdə Qazax rayon İcra və probasiya şöbəsində icra işi açılmışdır. Lakin icra işinə baxan icra məmuru Tural Nəbiyev tərəfindən qanunverçiliyinin tələblərinə zidd olaraq bu günə qədər zəruri icraat hərəkətləri həyata keçirilməmiş, borclunun əmlakının və gəlirlərinin axtarışı təmin edilməmiş, qətnamənin icrası üçün effektiv tədbirlər görülməmişdir. Ona görə də, icra məmuru Tural Nəbiyevin hərəkətsizliyi qanunsuz hesab edilməsi, Qazax rayon İcra və probasiya Şöbəsinə icra işinin operativ və tam icrasının təmin olunması barədə göstəriş verilməsi, borcludan tutulmalı olan 10320 manat məbləğinin onun xeyrinə ödənilməsi üçün qanunla nəzərdə tutulmuş bütün tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxılması ilə əlaqədar məhkəmə iclası təyin edilmiş, iclasın vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1019/2024 saylı icra sənədləri Qazax rayon İcra və probasiya Şöbəsinə göndərildikdən sonra icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədləri üzrə Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Həmçinin iş materiallarında olan borclunun axtarışı haqqında qərarının surətindən, xəbərdarlıq məktublarından, borclunun ölkənədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatdan və iş üzrə borclunun hesabının olunması barədə sorğu məktublarından görünür ki, Borclu tərəfindən borcun ödənilməsi üçün lazımı icra hərəkətləri aparılmışdır. Göründüyü kimi icra sənədinin icrasının təmini məqsədilə icra məmuru tərəfindən müvafiq icra hərəkətləri həyata keçirilmişdir. Odur ki, şikayətin təmin edilməsi üçün əsas yoxdur. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddsinin 1-ci hissəsinə görə, icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 1019/2024 saylı icra sənədi üzrə tələbkar X1 Qazax rayon İcra və probasiya şöbəsinin icra məmurunun hərəkətsizliyindən etdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1019/2024 saylı icra sənədləri üzrə tələbkar X1 Qazax rayon İcra və probasiya şöbəsinin icra məmurunun hərəkətsizliyindən etdiyi şikayəti təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №8(023)-148/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-148/2025
19.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver