Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-16/2024 07.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi və İcra şöbəsinin rəisi X1 iştirakı ilə icra sənədi üzrə borclunun əmlakı üzərindən həbsin götürülməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 8(023)-87/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Qazax rayonu, Ağköynək kəndində 75.8 kv.m (qeydiyyat nömrə **********9) olan əmlak üzərinə həbs qoyulması qərar alınmışdır. Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-2394/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Borclu Qazax rayon məhkəməsinin 09 iyun 2011-ci il tarixli 2(023)-394/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdeh Borclu qətnamə qanuni qüvvəsini aldıqdan sonra ayda 100 manat aliment tutularaq xx.xx.2000-ci ildə anadan olmuş Səbinə adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Nəbiyev təqdimatla müraciət edərək göstərmişdir k, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-2394 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Borclu mülkiyyətində olan Qazax rayonu, Ağköynək kəndində 75.8 kv.m (qeydiyyat nömrə **********9) olan əmlak üzərindən hazırda icra sənədi üzrə aliment pulu tam olaraq ödənildiyi üçün qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan, "xxxx" ASC terminalı vasitəsi ilə xx.xx.2024-cü il tarixli 18494 nömrəli qəbzdən görünür ki, ödəniş təyinatı olaraq aliment borcu Borclu, hesab adı Qazax R, Məhkəmə İcra, cəmi 6127 AZN məbləğində pul ödənilmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə icra şöbəsinin rəisinin izahatını dinləyib, təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, Qazax Rayon İcra və Probasiya Şöbəsinə təqdim etdiyi qəbzdən əsasən borcu Borclu, hesab adı Qazax R, Məhkəmə İcra, cəmi 6127 AZN məbləğində pulu borclu onlara olan aliment borcunu tam ödədiyinə görə, onun barəsində olan qərardadın ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 8(023)-87/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu adına qeydə alınmış Borclu mülkiyyətində olan Qazax rayonu, Ağköynək kəndində 75.8 kv.m (qeydiyyat nömrə **********9) olan əmlak üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 8(023)-87/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Qazax rayonu, Ağköynək kəndində 75.8 kv.m (qeydiyyat nömrə **********9) olan əmlakı üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-16/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-16/2024
07.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver