Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-163/2025 28.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Anar Fərmayıl oğlu Hümmətovun katibliyi ilə icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Qazax Rayon İcra və Probasiya şöbəsinin təqdimatının müzakirəsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-339/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədi üzrə Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla Qazax Rayon Məhkəməsinə müraciət edilmişdir. Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədov ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Həmin icra sənədi üzrə Tələbkar xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi ilə məhkəməyə müraciət edərək, icra sənədi üzrə qoyulacaq məhdudiyyətin aradan qaldırılmasını xahiş edir, bu qərarının şəxsi və könüllü olduğunu qeyd etmişdir. Məhkəmə Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramiz Şəmmədovun ərizəsini nəzərə alaraq hesab edir ki, təqdimat və ona əlavə olunmuş sənədlər icra şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat və ona əlavə olunmuş sənədlər icra şöbəsinə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-163/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-163/2025
28.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver