Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 8(023)-17/2024 15.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi ilə Borclunun ərizəsi üzrə əmlakı üzərindən həbsin götürülməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 8(023)-248/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadına əsasən Borclu adına qeydə alınmış “QAZ-33021” markalı 35BH627 dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə həbs qoyulması, “QAZ-33021” markalı 35BH627 dövlət qeydiyyat nömrəli avtomobilin hərracda satılması və QAZ-33021” markalı 35BH627 dövlət qeydiyyat nömrəli avtomobilin satışından əldə olunan vəsait Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 10 aprel 2015-ci il tarixli 2-2(83)335/2015 nömrəli icra vərəqəsi ilə müəyyən edilmiş borcun ödənilməsi barədə qərara alınmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 10 aprel 2015-ci il tarixli 2- 2(83)335/2015 saylı qətnaməsinə əsasən cavabdeh fərdi sahibkar Borclu məcburi dövlət haqları üzrə yaranmış 850,50 manat məbləğində borc cavabdehin əmlakı hesabına Azərbaycan Respublika Dövlət Sosial Müdafiə Fondu Qazax rayon şöbəsinin xeyrinə tutulması, cavabdehdən 30 manat dövlət rüsumunun alınıb dövlət büdcəsinin xeyrinə ödənilməsi qət edilmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir k, Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 10 aprel 2015-ci il tarixli 2-2(83)335/2015 nömrəli icra vərəqəsinə əsasən onun Azərbaycan Respublika Dövlət Sosial Müdafiə Fondu Qazax rayon şöbəsinə olan 850,50 manat məbləğində pulu tam olaraq ödədiyinə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin verdiyi Məktuba əsasən onun xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə vergilər, sosial sığorta, işsizlik sığorta və icbari tibbi sığorta haqqları üzrə borcu olmadığını üeyd etmişdir. Odur ki, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 8(023)- 248/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadına əsasən onun adına qeydə alınmış “QAZ-33021” markalı 35BH627 dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********824400 nömrəli məktubdan görünür ki, Borclu (VÖEN: **********) vergi orqanında olan şəxsi hesab vərəqəsi məlumatlarına əsasən xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə vergilər, sosial sığorta, işsizlik sığorta və icbari tibbi sığorta haqqları üzrə borcu olmadığı qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəni və işin materiallarını araşdırıb, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, borcu Borclu Azərbaycan Respublika Dövlət Sosial Müdafiə Fondu Qazax rayon şöbəsinə borcunu 850,50 manat məbləğində pulu tam olaraq ödədiyinə görə onun barəsində olan qərardadın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 8(023)-248/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadına əsasən Borclu adına qeydə alınmış “QAZ-33021” markalı 35BH627 dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 8(023)-248/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadına əsasən Borclu adına qeydə alınmış “QAZ-33021” markalı 35BH627 dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №8(023)-17/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №8(023)-17/2024
15.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver